idman

Yorğun əzələləri rahatlaşdırmağın 7 Yolu

Baxış sayı: 165

Stress, kədər, yorğunluq, yaralanma ya da yanlış idman hərəkətlərinə görə istəmədən əzələ sisteminizə zərər verə bilərsiniz. Əzələ sisteminizdə yaranan gərginlik, sərtlik ya da şişkinlik kimi hislərin öhdəsindən təbii yollarla gələrək şikayətlərinizi azaltmağınız mümkündür. Bədəninizi kimyəvi maddələrə ehtiyac duymadan rahatlatmağın və daha sağlam əzələ sisteminə sahib olmağın yolu bu maddələrdən keçir.

“Gencaile.az”Aile.lent.az-a istinadən həmin 7 yolu təqdim edir.

Çobanyastığı

Çobanyastığı təbii sakitləşdiricilərdən biridir. Yuxuya getməyi asanlaşdırır, stressi azaltmaq kimi müsbət təsirləri var, həm də əzələ ağrılarını da azaldır. Ancaq qan laxtalanmasına qarşı dərman qəbul edənlərə tövsiyə edilmir.

Gilənar suyu

Əzələləri rahatlatmağın ən ləzzətli yollarından biri də gilənar suyudur. İdmanın qaçış növü ilə məşğul olursunuzsa, əzələ ağrılarının qarşısını almaq üçün gilənar suyunu qidanızdan əksik etməyin. Gilənarın hüceyrə yeniləyici özəlliyi zədə almış əzələ toxumalarınızın tez bir şəkildə sağalmasına kömək edir. Xolesterol və qan şəkərini aşağı salır.

Çöl böyürtkənli smoothie

Əzələləri dincəltməyin başqa bir şirin və təbii yolu çöl böyürtkəni yemək ya da smoothie içməkdir. Qadınların menstruasiya dövründə yaşanan ağrıları azaltmaq üçün də faydalıdır. Çayını da içə bilərsiniz.

D vitamini

Həmişə əzələ ağrılarından şikayət edənlərdənsinizsə, bədəninizdə ciddi şəkildə D vitamin əskikliyinin olma ehtimalı çoxdur. Kapsul şəkilində ya da yeməklərdən əldə edəcəyiniz D vitaminini günəşlənərək də qazana bilərsiniz. D vitamini sümük əriməsinə yol açan  “paratiroid” hormonun ifrazını dəstəkləyir. Gün ərzində bir neçə dəqiqə günəşə çıxmanız məsləhətdir. Əksinə skelet sisteminə faydasını görəcəksiniz.

Qırmızı bibər

Çoxumuz mədəyə ziyan edər deyə acı bibər yeməkdən ehtiyat edirik. Acı bibər mədə spazması və dartılmalarında effektli rol oynayır. Çox həddini aşmadan yeyəcəyiniz acı bibər həzm sistemini də doğru bir şəkildə çalışdırır. Acı bibərin ağrı kəsici xüsusiyyətinə görə,  şiddətli oynaq və əzələ ağrısı çəkənlərə kapsaisin inyeksiyası vurulur.

Maqnezium

Sinirləri və əzələləri rahatladan maqnezium sümük zəifliyi, sürətli yaşanan baş ağrıları, qan şəkəri balansızlığı, yüksək qan təzyiqi, əzələ zəifliyi üçün məsləhət görülən minerallar sırasında yer alır. Gündəlik maqnezium ehtiyacını qidalardan qarşılaya bilərsiniz. Daha çox banan, badam, paxlalılar, qara düyü yeyin.

Dincəlmək şərtdir

Vitamin və minerallarla əzələlərinizi rahatlada bilərsiniz, amma bununla  yanaşı dincəlmək şərtdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir