Nermine Abbasova

“Ksantoma xəstəliyi ailəvi xəstəlikdirsə…”

Baxış sayı: 538

Bu gün gözlərinin üzərində rəngsiz dəri qabarcığının əmələ gəlməsi şikayəti həkimə müraciət edənlərə tez-tez rast gəlirik. Bir çoxları, əsasən də qadınlar belə düşünürlər ki, bu, yaşın artması ilə bağlı göz qapaqlarının sallanmasıdır və estetik əməliyyata ehtiyac var. Kompleks yaşayan qadınların əksəriyyəti isə birbaşa plastik cərraha müraciət edirlər. Təbii ki, plastik cərrah da pasientin istəyi ilə plastik əməliyyata başlayır. Əslində isə…

Həkimlər hər zaman həyəcan təbili çalır ki, hətta özünü sağlam, ağrısız hiss edən şəxs də 6 aydan bir həkim müayinəsindən keçməlidir. Bu, ən pis xəstəliyin önlənməsi deməkdir. Təəssüflər olsun ki, bəzən sağlıq durumun pik nöqtəsində xəstəxanaya üz tuturuq. Həkimin “gecikmisiz” sözündən sonra “kaşki”lər başlayır. Bundan sonrakı ömür təəssüf və çarəsizlik içində davam edir…

Ümumiyyətlə, gözlər ən həssas orqanıdır. Odur ki, ən kiçik hesab edilən problem yaranarsa, dərhal həkimə müraciət edilməlidir, nəinki bildin-bilmədin türkəçarələrə əl atmaq, yaxud estetik cərraha üz tutmaq. Məsələn, heç düşünmüsünüzmü ki, göz qapaqları, yaxud gözaltı hissələrdə yaranmış törəmə əslində hansı xəstəliklərdən xəbər verir? Bu sualın cavabını Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim terapevt, ailə həkimi Nərminə Abbasova verəcək.

Nərminə Abbasova öncə onu bildirdi ki, gözətrafında əmələ gələn dəri artımlsrı Ksantoma adlanır:

“Ksantoma qanda lipid səviyyəsinin artması ilə əlaqədar olaraq dəridə lipid toxumasının əmələ gəlməsidir. Qanda lipid səviyyəsinin artması lipid mübadiləsinin pozulması ilə əlaqədardır. Xəstəlik birincili və simptomatik ola bilir.
Birincili ksantoma qanda lipid funksiyasının pozulması nəticəsində dəridə kiçik, açıq rəngli dəri artımlarının əmələ gəlməsidir.
İkincili ksantoma isə başqa xəstəliklər zamanı hiperlipidemiyanın əmələ gəlməsidir. İkincili ksantinomanın əmələ gəlməsinə endokrin sistemin xəstəlikləri, öd yollarının xəstəlikləri, pankreatit, xolesterolun yüksəlməsi səbəbindən lipid funksiyasının pozulmasıdır. Bu zaman qanda lipidin artmasına səbəb olan xəstəlikləri müalicə eləmək lazımdır”.


Həkim-terapevt qeyd edib ki, ksantinomanın hansı səbəbdən əmələ gəlməsini bildikdən sonra müalicəyə başlamaq daha effekli təsir göstərir. Nərminə xanım bildirib ki, dəridə lipid artımları dərinin distrofik zədələnmələri zamanı degenerasiyada baş verən pozğunluqlar zamanı da əmələ gələ bilir. Onun sözlərinə görə, ksantinomaları cərrahi yolla götürmək mümkündür. Belə ki, artımlar xəstəxana şəraitində xloretillə keyləşdirməklə kəsib götürülür:

“Ksantelazmalar parlaq sarı rəngdə lövhəcik şəklindədir. Tək bir lövhəcik və ya çox sayda kiçik lövhəciklər şəklində başlayıb, zamanla büyüyüb, bir-biri ilə birləşə bilərlər. Bu yağ lövhəciklərinin içərisində xolesterol var. Qan yağları ilə əlaqəsi tam olaraq aydınlaşdırılmayıb. İrsi qan yağları yüksəkliyi olan ailə üzvlərində daha sıx rast gəlinir.

Ksantelazmalar nadirən çox böyüyərək göz qapaqlarının sallanmasına, nəticədə görmə sahəsinin kiçilməsinə səbəb ola bilir, estetik görünüşə mənfi təsir edir”.

Nərminə xanım onu da vurğuldı ki, ksantinoma yalnız göz ətrafında deyil, eyni zamanda bədənin digər nahiyələrində də əmələ gələ bilir:

“Ksantinoma gözlərin ətrafında, diz və dirsəklərdə, nadir hallarda isə topuqda əmələ gəlirlər. Onların cərrahi yolla kəsilib götürülməsi çətinlik törətmir. Amma ksantoma xəstəliyi ailəvi xəstəlikdirsə, onun cərrahi müalicəsi əhəmiyyət kəsb eləmir. Çünki ailəliklə hiperlipidemiyadan əziyyət çəkənlərin bədənində bu şiş toxumalarından çox və davamlı olur”.


Nərminə xanım bildirdi ki, dəridə əmələ gələn ksantomaların sayının artmaması üçün qanda lipidlərin miqdarını azaltmaq lazımdır. Həkim-terapevt deyir ki, bunun üçün həkimin təyin elədiyi dərman preparatlarını qəbul eləməklə yanaşı, bəzi bitki dəmləmələrindən istifadə edilərsə, müalicə daha effektli olar. Onun sözlərinə görə, qanda lipidlərin miqdarını azaltmaq üçün qarğıdalı kəpəyi dəmləməsindən, itburnu dəmləməsindən, bağayarpağı şirəsindən istifadə etməkdə fayda var.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir