nermine abbasova

Nərminə Abbasova: “Bəzən infeksiya qan damarı ilə yoluxa bilər”

Baxış sayı: 761

Omfalit göbək həlqəsinin, göbək dibinin bakterial iltihabıdır. Omfalitin sadə, fleqmonoz, nekrotik formaları var. Mövzuyla bağlı oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova öncə onu qeyd etdi ki, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzində bu sahə üzrə də uzman həkimlər var, istəyənlər xidmətlərdən yararlana bilərlər.

Nərminə xanım bildirdi ki, yenidoğulanların xəstəlikləri içərisində göbəyin irinli septiki xəstəliyi birinci yerlərdən birini tutur. Onun sözlərinə görə, göbəyin irinli infeksiyası lokal prosesdən ağır sepsisə qədər təzahür ola bilər:

“Omfalit ən çox streptokokk və stafilokokklar tərəfindən törədilir. Nadir hallarda göbək ciyəsinin sarğısı zamanı yoluxma baş verə bilər. Yoluxma körpənin həyatının ikinci və on ikinci günü arasında baş verir ki, bu da uşağın sidiyi, nəcisi ilə qulluğ edən personalın əlləri ilə və ya digər əşyalar vasitəsi ilə göbək güdülünün yoluxması nəticəsində baş verir.

 

Ailə həkimi qeyd edib ki, bəzən infeksiya qan damarı ilə yoluxa bilər:

“Bu zaman göbək güdülü düşdükdən sonra törədici göbək yarasından göbəkətrafı toxumalara daxil olur. İnfeksiya göbək damarlarına keçərək iltihabi proses yaranır. İltihabın yaranması nəticəsində fleqmona inkişaf edir. Əgər prosesə venalar qoşulursa, flebit meydana çıxır”.


Simptomlara gəlincə, Nərminə xanım bildirdi ki, sadə formasında (nəm göbək), yoluxmuş göbək yarası seroz – irinli və seroz maye ilə dolu olur, o gec sağalır:

“Sağalma prosesində qartmaqlar əmələ gəlir. Göbək yarası bir neçə həftəyə sağala bilər. Bu zaman körpənin umumi vəziyəti kafi olur, yuxusu, iştahası pozulmur, uşağın çəkisi yaxşı artır.
Fleqmanoz formada göbək ətrafı toxumalar prosesə cəlb olunur. Bu zaman göbəkətrafı dəri qızarır, şişkinləşir. Göbək yarasının dibində xorac
ıq əmələ gəlir. Bəzən gobək ətrafı nahiyəyə toxunduqda irin xaric ola bilər. İltihab prosesi lokal-yerli olaraq qalır və ya qarnın ön divarına qədər yayıla bilər. Bu zaman uşağın umumi vəziyyəti dəyişir, iştahı azalır, hərarəti yüksəlir, dispepsiya, cəkinin azalması ola bilər.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir