Bəzən uşağın davranışı bizə ani mesaj ola bilər. Hər davranışın arxasında eşidilməyi gözləyən bir insan dayanır. İnsanlar hər zaman hisslərini sözlə ifadə edə bilmirlər. Bəzən danışa bilmədiklərini davranışları ilə göstərirlər. Aqressiyanın arxasında qorxu, susqunluğun arxasında inciklik, həddindən artıq danışmağın arxasında diqqət ehtiyacı, inadkarlığın arxasında isə anlaşılmaq istəyi gizlənə bilər. Uşaqlarımıza hər zaman öz övladlarımız kimi deyil də qonşunun övladı kimi davranmaq, onları anlamaq üçün boy səviyyəmizi onlara uyğun edib əl-ələ, göz-gözə gələrək səbrlə sözlərini kəsmədən dinləmək lazımdır. Bu zaman onları başa düşmək çox asan olur. Uşaq üçün ‘Səni başa düşürəm’ cümləsi bəzən ən böyük təsəllidir. Bəzən uşağın davranışı problem deyil köməyə ehtiyacının bir mesajıdır. Uşaq özünə necə baxacağını əvvəlcə valideynin baxışından öyrənir. O öz dəyərini əvvəlcə valideynin baxışından, münasibətindən, sözlərindən öyrənir. Davamlı dəstəklənən fikirlərinə hörmət edilən və səhv etdikdə alçaldılmayan uşaq zamanla ‘Mən bacararam’ inancını formalaşdırır.
Əksinə, tənqid olunan uşaq müqayisə edilən və dinlənilməyən uşaq özünə qarşı inamsız böyüyə bilər. Onların ən böyük ehtiyacı onların davranışlarına görə səhv etdiklərindən belə özlərini təhlükəsiz qəbul olunmuş və dəyərli hiss edə bildikləri bir ailə mühitidir.
Hər davranışı cəzalandırmaq əvəzinə özünüzdən soruşun: Uşağım bu davranışı ilə mənə nə deməyə çalışır. Uşağı anlamaq hər davranışını qəbul etmək deyil. Əvvəlcə səbəbi anlamaq sonra doğru sərhəd qoymaq daha sağlam yanaşmadır. Bu zaman uşaqlarımızın sağlam mühitdə sağlam ruhda sağlam davranışda böyüyür. Hər an xoşbəxt olmaqla hər anlarının dadını çıxarırlar.
Psixoloq Şahzadə İmranova
Bu yazı ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil edilən psixoloqların sayca 3-cü məqalə müsabiqəsi çərçivəsində dərc olunur.












































































































































































