ayaqqabi

80-ci illərin samba ayaqqabıları yenidən dəbdə – FOTOLAR

Baxış sayı: 551

Bir zamanlar dəbdə olan “Adidas”ın samba modelləri yenidən trend olub.

Lent.az “Glamour” jurnalına istinadən xəbər verir ki, 2023-cü ildə yenidən dəbə minən geyimlər arasında samba ayaqqabıları da var.

80-ci illərin vazkeçilməz idman ayaqqabılarından istifadə artıq məşhurlar arasında dəb halını alıb.

Məlumata görə, 100 dollar qiyməti olan sambaların internet üzərində axtarışları 90 gün ərzində 80 faiz artıb. Hətta “TikTok” video platformasında “Adidas samba” həştəqi 99 milyon baxışa çatıb.

Bu ayaqqabı modelini şəxsi qarderoblarına daxil edən məşhurlar arasında supermodellər Bella Hadid, Kendal Jenner, Hailey Bieber, həmçinin sosial şəbəkə fenomenləri Aude Julie və Camille Charriere də var.

Bella Hadid 

Kendall Jenner 

Hailey Bieber 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir