aile

Ailələrdə boşanma niyə ən çox ilk uşaqdan sonra baş verir?

Baxış sayı: 271

Yəqin, sual verəcəksiniz ki, niyə? Çünki ilk uşaqdan sonra evlilikdə müəyyən problemlər meydana gəlir. Qeyri-sabit və ya qeyri-müəyyən hərəkətlər tərəfləri hər gün yeni bir sual qarşısında qoyur. Halbuki, evliliyin bütün dövrlərində olduğu kimi, bu dövr də böyük həssaslıq tələb edir. İndi isə məsələyə daha geniş plandan baxaq. Əksər ailələr evliliyin ilk illərində təcrübəsüz olduqları üçün ilk mərhələdə bir-birilərinə lazım olan diqqəti göstərə bilmirlər. Ancaq zaman keçdikcə tərəflər həyat yoldaşı funksiyasını mənimsədikləri üçün bu problemlər öz-özlüyünə aradan qalxır.

Aile

İlk uşaq dünyaya gəldikdən sonra isə yeni təcrübəsiz bir dövr başlayır. Həyat yoldaşı roluna yeni uyğunlaşmış valideynlər uşaqları dünyaya gəldikdən sonra analıq və ya atalıq rolunu da ifa etməyə başlayırlar. Bu isə özünü birbaşa büruzə verməsə də, valideynlərdə bəzi problemlərə səbəb olur. Belə ki, tərəflər ilk növbədə analıq və ya atalıq rolunu ifa etməyə çalışdıqları üçün çox vaxt həyat yoldaşı rolunu unudurlar. Nəticədə, bir-biri üçün “dəyərini itirən” tərəflər xoşbəxt ailə kimi görünməyə çalışsalar da, bir qədər sonra münaqişələr başlayır. Və gələcəkdə bu münaqişələr tərəfləri boşanmaya qədər aparıb çıxarır. Buna görə də, tərəflər nə olursa-olsun, həyat yoldaşı olduqlarını unutmamalı, xüsusilə, yeni evlənmiş və ya uşaq gözləyən tərəflər həm özlərini, həm də həyat yoldaşlarını yeni körpə üçün hazırlamalıdırlar. Əks halda, problemsiz ötüşmək mümkün olmayacaq.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir