aile

Ailədaxili zorakılıq ailə sirridir?

Baxış sayı: 2. 749

“Qadınlar məruz qaldıqları zorakılıq haqda heç kimin bilməsini istəmirlər. Sorğu-tədqiqatların nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9 faizi qeyd edir ki, ailə sirrini heç kimə danışmaq düzgün deyil” – bu açıqlamanı bir neçə gün öncə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təlim-resurs şöbəsinin metodisti Cəmilə Kərimova vermişdi. Bildirmişdi ki, Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar.

Sorğunun nəticəsi illərlə bir çoxlarımızın beynində oturuşan “Kişi qadını sevər də, döyər də” prinsipidir, yoxsa utanc doğuran məsələnin gizlədilməsi? Bəlkə elə əslində ailə münaqişəsi zəminində baş verən hadisələrin bir səbəbi də bu “sirr”in möhkəm qorunmasıdır? Sorğuda iştirak edənlər ailədaxili zorakılığı niyə ailə sirri hesab edirlər? Nələr ailə sirridir, nələr zorakılıq? Bu məsələdə hansı yanaşmamız səhvdir? Yazıda bu suallara cavab tapmağa çalışacağıq.
“Zorakılıq heç bir halda ailə sirri hesab oluna bilməz”

Millət vəkili Gövhər Baxşəliyeva açıqlamasında bildirdi ki, ailə sirri ilə zorakılıq məsələlərini bir-birindən ayırmaq lazımdır. Zorakılıq heç bir halda ailə sirri hesab oluna bilməz: “İki insan arasında olan söhbət xarakterli mübahisəni kimə gəldi danışmaq nə qadına, nə də kişiyə yaraşmaz. Amma məsələ zorakılığa çatırsa, əl qaldırılırsa, bu, mütləq deyilməli, bilinməli və qarşısı alınmalıdır. Zorakılığa dözmək olmaz. Təcrübə göstərir ki, bu hala bir-iki dəfə dözən 3-4 dəfə də dözür, amma faciə ilə nəticələnir. Ailə daxilində zorakılıq halları mütəmadi olaraq baş verirsə, bunu kim bilirsə, susmamalı, bu haqda danışmalı, lazım olan yerlərə müraciət etməlidir”.
Millət vəkili son vaxtlar qadınların həyat yoldaşları tərəfindən qətlə yetirilməsi məsələsinə də toxundu. Bildirdi ki, ailə mədəniyyəti ilə bağlı orta məktəb səviyyəsində işlər görülməsinə ehtiyac var: “Qadının başının kəsilərək, baltalanaraq qətlə yetirildiyi barədə hər birimiz eşidirik. Bu vəhşilikdir. Fiziki güc tətbiq etmək orta əsrlər psixologiyasıdır. Bir neçə dəfə Milli Məclidə çıxışımda bildirmişəm ki, gənc nəslə məktəbdə ailə mədəniyyəti öyrədilməlidir. Hansısa dərsliklərə salınsın, yaxud ayrıca proqram kimi fakültativ məşğələlər keçirilsin. Gənclərimizə sivil münasibət qurmağı öyrətməliyik. Hətta  ailədə yola gedilmirsə, boşanma həddinə çatılırsa, sivil boşanma qaydalarına riayət olunsun. Yoxsa, boşandıqdan sonra keçmiş ər qadını haradasa qətlə yetirir, zorakılıq edir. Belə məsələlər yerə-göyə sığmır. Nəyə görə oğlanlarımız orta əsr psixologiyası ilə yaşamalıdırlar? Harada yazılıb ki, nə vaxtsa bunun həyat yoldaşı olan qadın hətta boşanandan sonra da ona məxsus olmalıdır? Qadına bir növ əmlak kimi baxırlar. Ailə mədəniyyəti, birgə yaşayış, qarşılıqlı hörmət kimi məsələlər gənclərimizə aşılanmalıdır”.
Stastik nəticələrlə bağlı fikirlərini bölüşən G.Baxşəliyeva qeyd etdi ki, gənc qızların o cür düşünməsi köhnəliyin qalığıdır: “Əvvəllər belə deyirdilər ki, ər adamı döysə də, söysə də gərək oturub dözəsən. Hər şeyin həddi var. Əgər məsələ qəddarlığa, əl qaldırmağa çatırsa, dözmək olmaz. Bu elə bir prosesdir ki, bu gün yüngül döyən, sabah daha ağır döyəcək. Qarşısı vaxtında alınmadıqda faciələrlə nəticələnə bilir. Qadın dözür, amma sonda da qətlə yetirilir. Kişi qadını qətlə yetirir, özü həbsə gedir, uşaqlar valideynsiz qalır. Uşaqların mənafeyini düşünəndə görürük ki, ailə məsələləri sivil qaydada həll olunanda, bütün tərəflər üçün yaxşıdır”.

“Uşaq yaşıdları arasında nüfuzdan düşmək istəmir”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, burada əsas məqam sirrin, insan hüququnun pozulmasının və zorakılığın bir-birindən ayrılması məsələsidir. O, vurğuladı ki, bu məsələlər adətən qarışıq salınır: “Bəzi hallarda ailədaxili hansısa ədalətsiz davranış ola bilər. Amma bu zorakılıqdırmı? Təbii ki şəxsin istəyinin əleyhinə olan bütün hərəkətlər zorakılıq hesab olunur. Amma bəzi hallarda “pozitiv diskriminasiya” var. Yəni, uşağın mənafeyi baxımından nədənsə imtina etmək olar. Lakin biz bəzi hallarda obyektiv yanaşma sərgiləyə bilmirik. Daha çox eqoizm və özümüzün şəxsi təsəvvürümüzə uyğun qərar qəbul edirik. Əgər qız, yaxud uşaq iki dəqiqədən bir polisə zəng vursa, orada ədalət və ya ədalətsizlik, pozitiv və ya qeyri-pozitiv diskriminasiya olarsa, valideynlərini təbii ki, həbs edəcəklər. İnsanlara izah etmək lazımdır ki, hadisə baş verəndə hüquq-mühafizə orqanlarına, yaxud səlahiyyətli orqana müraciət edərkən, kifayət qədər obyektiv fikir bildirməyə çalışsınlar”.
M.Zeynalova bildirdi ki, zorakılığın gizlədilməsi bəzi hallarda faciə ilə nəticələnə bilir. Əgər doğrudan da zorakılıq varsa, onu gizlətmək insan haqlarının pozulmasıdır. Onun sözlərinə görə, 15-19 yaşlarda insanların təfəkkürü tam formalaşmış olmur. Bu statistika isə uşaqlarımızın hələ də stereotiplərə, ənənələrə bağlılığının göstəricisidir: “Məhz bu stereotiplərdən doğaraq, bir çox hadisələr baş verir. Demək ki, ənənəvi ailə modelimiz qalır, valideyn uşağın yerinə qərar qəbul edir, onlarla istədiyi kimi davranır və uşaq bunun evdən kənara çıxmasını istəmir. Digər tərəfdən, uşaq yaşıdları arasında nüfuzdan düşmək istəmir. Evdə baş verən zorakılıqla bağlı heç kimə danışmaq istəmir. Amma bu onun təhsilinə, psixoloji inkişafına təsir göstərə bilər. Mütləq deyil ki polisə müraciət edəsən. Hansısa psixoloji yardım ala, hansısa xidmət paketinə müraciət edə bilər. Nə qədər ki biz xidmət paketlərini formalaşdırmayacağıq, çıxış yolumuz ancaq polisə müraciət olacaq. Psixoloji mərkəzlər, sosial iş sistemi formalaşdırılması polisin də işini yüngülləşdirəcək, yalnız əlahiddə hallarda, təhlükə olduqda polis məsələyə müdaxilə edəcək. Eyni zamanda, ailə dağılarsa, uşağın normal inkişafı peşəkar mütəxəssislər tərəfindən sistemləşdiriləcək və davamlı iş aparılacaq”.

“Ailədaxili zorakılığın cinayət olduğunu hər kəs qəbul etsə…”
 
Psixoloq Orxan Oruc deyir ki,  bu suala fərqli baxışlarla yanaşdıqda,  müxtəlif cavablar alarıq: “Əgər sualı mental düşüncəyə uyğun şəkildə versək, deməliyik ki, bəli, bu, ailə sirri hesab oluna bilər. Əgər suala hüquq müstəvisində cavab axtarsaq, əlbəttə, deyəcəyik ki, ailədaxili zorakılıq ailə sirri deyil, bu, sadəcə, bir cinayətdir. Bizdə zorakılığa hər zaman birmənalı şəkildə baxılmayıb, əksər vaxt buna tərbiyələndirmə vasitəsi kimi yanaşmışıq. Hətta qonşuda uşağın və ya qadının döyüldüyünü açıq şəkildə eşitdiyimiz halda, heç vaxt düşünməmişik ki, bu barədə polisə məlumat vermək lazımdır. Əksinə, bu cür zorakılıqları tətbiq edənlərə qarşı ictimai qınaq qonşudakı zorakılıq haqqında polisə məlumat verənə qarşı olan ictimai qınaqdan zəif olub. Sözsüz ki, bu cür şəraitdə böyüyən uşaq da, bunu normal bir ictimai qayda kimi qavrayır”.
Psixoloq deyir ki, ailədaxili zorakılığın bir norma deyil, cinayət olduğunu hər kəs qəbul etsə, bunun qarşısının alınması da bir o qədər sürətli olar: “Xüsusi təbliğat vasitələri ilə cəmiyyətin maarifləndirilməsinin həyata keçirilməsi çox vacibdir. Bu işdə dövlət də xüsusi maraqlıdır. Hər il kifayət qədər ailədaxili zorakılıqların azaldılmasına yönəlmiş layihələr həyata keçirilir. Ancaq bu işdə dövlətlə yanaşı, cəmiyyət də maraqlı olmalıdır. Normal, sağlam cəmiyyətin formalaşmasına zorakılıqlar birbaşa mənfi təsir göstərir”.

“Hər ailədə məsələyə müxtəlif yanaşma var”
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirdi ki, zorakılıq məsələlərinə ailədaxili sirr kimi yanaşılması cəmiyyətimizdə bir stereotip olaraq mövcuddur: “Təəssüf ki, bir çox insanlar zorakılıq olsa belə, bu məsələnin ailəyə aid olduğunu düşünürlər. Zorakılıq halı mütəmadi olaraq baş verirsə, nəticədə ağır fəsadlar törəyir. Bunu nəzərə almaq lazımdır. Zorakılıq məhz əvvəlcə psixoloji olaraq başlayır. Psixoloji zorakılığın davamı olaraq isə fiziki, cinsi, iqtisadi zorakılıqlar meydana çıxır. Bu zəncirvari prosesdir. Zorakılığa məruz qalan getdikcə daha çox əziyyət çəkir. Zənzirvari prosesin qarşısını almaq üçün vaxtında tədbir görülməsi önəmlidir”.
T.İbrahimova hesab edir ki, sorğuda iştirak edən xanımlar zorakılığa məruz qalmayanlardır: “Həmin gənc xanımlar yəqin ki, zorakılığa məruz qalmayıblar. Gəncdirlər və gələcəkdə öz ailə həyatlarında başlarına belə hadisə gələrsə, heç vaxt kənara sızdırmayacaqlarını, heç bir yerə şikayət etməyəcəklərini düşünürlər. Ancaq insanın ailədə zorakılığına məruz qalması pis nəticələrə gətirə bilər. Zorakılığa məruz qalan şəxs sonda hansısa quruma, dövlət orqanına, yaxud kiməsə mütləq şikayət edəcək. Sadəcə olaraq şikayət formaları müxtəlifdir. İlk andan bunun qarşısını almağa cəhd etmək lazımdır. Bəzən min bir əzaba dözdükdən sonra şikayət etmək qərarına gəlirlər, amma bu zaman da uşaqlar böyük əziyyət çəkirlər”.

T.İbrahimova onu da bildirdi ki, bu düşüncənin aradan qaldırılması üçün maarifləndirici işlərin aparılmasına ehtiyac var: “Gənc xanımlarımızın məsələyə yanaşması hələ ki, budur.  Komitə mütəmadi olaraq gənclərlə təhsil müəssisələrində, ailə arasında, icmalarda iş aparır. Məişət zorakılığının fəsadları hüquqi və mənəvi nəticələri haqda insanları maarifləndiririk. Amma hər ailədə məsələyə müxtəlif yanaşma var. Çox təəssüf ki, belə yanaşmaların əksəriyyəti də mənfi stereotiplidir”.



1 şərh “Ailədaxili zorakılıq ailə sirridir?

  1. Susan

    Mən sizin hamınızı ilə təcrübə bölüşmək üçün buradayam. Mən ər geri haqqında, biz 9 il ərzində evli və iki uşaq var oldu. Bu, bizim yaxşı getdi və biz həmişə şadıq. mənim ər o anlaya bilmədim bir şəkildə davranmaq başladı bir gün qədər, Mən o məni və uşaqları müalicə yolu ilə çox qarışıq idi. Həmin ay o evə gəlib və o boşanmaq istəyirdi ki, mənə zəng etməyib, mən, hər şey o mənə nifrət və yenidən məni görmək istəmir boşanmaq istədiyini söyləyərək ondan bu haqq səhv nə istədi Onun həyat, Mən görə boşanma çox 2 həftə xəstə idi, crazy idi və də mən bunu nə bilmirəm incidir. Mən ona o mənə hər şey mənim həyat tam deyil onsuz idi ki, çox sevirəm. Hesab edirəm ki, buna görə, o, Arvad onu həyata yazıldığına ki, ərim başqa bir qadın tərəfindən qəbul edilmişdir ki, mənə, mənə geri mənim ər qaytarılması üçün ona əlaqə, mənim cari vəziyyəti haqqında bacım bildirib və həkim chamberc haqqında mənə o, mənə nifrət və boşanmaq almaq istəyir. Sonra da mənə ərim telefon mənə bir üzr mənə zəng o, növbəti 48 saat ərzində yazım tökmə başa sonra növbəti 48 saat ərzində həyat yoldaşım mənə və uşaqlara qayıdacaqlar ki, əmin verdi və o, hələ də sevir dedi mənə o qədər ona nə bilmir. Amma bu gün mənim həyat yoldaşı və bütün ailə yenidən şadıq. siz nə üçün Dr.chamberc edirik. Bu gün ancaq köməyi üçün heç bir şey olardı. chamberc564@yahoo.com E-poçt vasitəsilə ona müraciət
      (1) geri ex istəyirəm.
    (2) Siz həmişə nightmares var.
    (3) ofisində təşviq etmək
    (4) Bir uşaq istəyirsiniz.
    (5) Siz zəngin olmaq istəyirəm.
    (6) tək əbədi sizin üçün ər / arvad saxlamaq istəyirəm.
    maliyyə yardımı (7) lazımdır.
    8) ki, nikah nəzarət olmaq istəyirsiniz
    9) insanlar cəlb etmək istəyirəm etməyin
    Uşaqların 10) olmaması
    11) ər / arvad lazımdır
    13) Sizin lotereya almaq üçün
    14) PROMOTIONAL yazım
    15) yazım PROTECTION
    16) BUSINESS yazım
    17) Yaxşı iş Hechizo
    18) hər hansı bir xəstəlik üçün müalicə.
    (19) E.T.C halda qətnamə
    E-poçt məbəd chamberc564@yahoo.com onlara əlaqə və həll bütün problemləri almaq.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir