PULQABI

Arxa cibdə pulqabı saxlayanların DİQQƏTİNƏ!

Baxış sayı: 429

Arxa cibində daşınan pul kisəsi onurğa əyriliyinə səbəb olur.

Bu barədə Türkiyənin Fizika Müalicə və Reabilitasiya Mütəxəssisi doktor Arzu Dinc Yavaş açıqlama verib.

Həkim davamlı olaraq arxa cibdə gəzdirilən pul kisəsinin oturma pozğunluğu yaratdığını və nəticədə yeriməkdə çətinliklər başlayacağını açıqlayıb:

“Bu vəziyyət əvvəlcə omba və ayaqda dərin ağrı, uyuşmaya səbəb olur. Müalicə olunmazsa, bu vəziyyət yeriş pozğunluğuna və onurğa əyriliyinə qədər irəliləyə bilər”.

Arxa cibdə pul kisəsi ilə uzun müddət oturanda isə oturma mövqeyi balansını itirir.

Bu pozğunluq onurğa və əzələlərə ötürülür. Bu səbəblə biomexanik oxda meydana gələn pozğunluqla əzələ spazmları və spazmla birlikdə inkişaf edən ağrılar qeyd edilə bilər.

“Bununla əlaqədar olaraq omba bölgəsindəki dərin ağrılar səbəbindən xəstələrimiz yeriməkdə çətinlik çəkməyə başlayır. Əslində bu vəziyyət uzun müddət davam edərsə, ombalarını çölə əyilməsi ilə nəticələnə bilər”, – həkim bildirib.

Həkim belə hallarla qarşılaşan insanlara bir neçə tövsiyə verib:

“Xəstələr bəzən pulqabıların yaratdığı ağrıları disk yırtığı ilə qarışdıra bilir. Cibinizdə pul kisəsi daşımayın, heç vaxt sərt döşəmədə oturmayın. Çünki sərt döşəmələrdə oturan insanlar da belə problemlərlə üzləşirlər. Bu ağrıları aradan qaldırmaq üçün bəzi məşqləri tövsiyə edirik. Əzələlərin uzanması, gücləndirici məşqlər və nahiyə masajı edilə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir