qutab

Azərbaycan mətbəxinin 10 şah yeməyi

Baxış sayı: 2. 012

Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu Azərbaycanın qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün zəngin Azərbaycan mətbəxi haqqında danışacağıq. Daha doğrusu,  Azərbaycan mətbəxinin 10 şah yeməyindən bəhs edəcəyik.

 

1. Şah-plov. Bu, çox dadlı ətirli və zərif xörəkdir, düyü, yumşaq ət, meyvələr isə turşulu-şirin effekt verir.

Image result for şah plov

2. Dolma. Bu sözdən başqa hansı söz dünya mətbəxlərindən ən kaloritli olanı ifadə edir? Yəqin ki, yemək populyarlıqda yalnız plovdan geri qalır.

Image result for dolma

3. Piti. Azərbaycanın qoyun ətindən milli şorbası. Bu, qeyri-adi yemək gil bardaqda sobada hazırlanır. Hazırlanması üçün 1 litr tutumu olan alçaq bardaqlardan istifadə edilir.

Image result for piti

4. Lüləkabab. Ənənəvi lüləkabab çəkilmiş və soğanla qarışdırılmış qoyun ətindən hazırlanır. Bu zaman ətin çox yağlı olması şərtdir. Kotletlərdən fərqli olaraq lüləkababa çörək və yumurta vurmurlar.

Image result for lüləkəbab

5. Paxlava. Heç bir şirniyyat zəriflikdə və şirinlikdə əsl Bakı paxlavası ilə yarışa bilməz.

Related image

6. Qutab. Heç kim isti, xırçıldayan kərə yağı ilə yağlanmış qutabdan imtina edə bilməz. Hələ əgər bu qutab bir də sərin qatıq və İsmayıllı sumağı ilə verilərsə!

7. Düşbərə. Bu, kiçik xəmirlərə bükülmüş ətli, sulu xörəkdir. Bacarıqlı xanım düşbərəni elə bükməlidir ki, bir xörək qaşığına 10 dənəsi yerləşsin.

Image result for düşbərə

8. Küftəbozbaş. Bu yeməyin özəlliyi həm sulu, həm də quru yemək kimi verilməsidir. Bu doyumlu yeməkdən sonra pürrəngi çayı yanında mürəbbə ilə süfrəyə vermək olar.

Image result for Küftəbozbaş

9. Şəkərbura. Ayparanı xatırladan, içinə fındıq və şəkərin qarışığı yığılmış bəzəkli şirniyyatı adətən Novruz bayramında hazırlayırlar.

Image result for şəkərbura

10. Şəki halvası. Onu yalnız Azərbaycanda tapmaq olar. İnternetdə çoxsaylı Şəki halvasının tərifinin olmasına baxmayaraq, əsl halvanın dadına yalnız Şəkidə baxmaq olar. Çünki onun sirri yalnız el arasında “halvaçı” adlandırılan və 200 ildən artıqdır ki, Şəki halvasının hazırlanmasını ailə biznesinə çevirənlərə məlumdur.

Image result for şəki halvası




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir