masin

Azərbaycanda maşınlar bahalaşacaq? – EKSPERT RƏYİ

Baxış sayı: 461

Baş nazirin istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana girişinin qadağan edilməsi ilə bağlı qərarından sonra bahalaşma ilə bağlı iddialar yayılıb.

Əksəriyyətin fikrincə, bu qərarın qüvvəyə mindiyi vaxtdan etibarən gəlişi qadağan edilən maşınlar kəskin bahalaşacaq. Bu avtomobillərə isə xüsusən, “Toyota Corolla”, “Kia Rio”, “Opel” və s marka daxildir. Məhz bahalaşma qorxusu ilə onlarla alıcı qərar qüvvəyə minənə qədər özünə avtomobil almaq istəyir.

Bəs görək, iddialar nə dərəcədə doğrudur? Həqiqətən də bir müddət sonra Azərbaycanın avtomobil bazarında kəskin bahalaşmanın şahidi olacağıq?

MASIN

 

Məsələ ilə bağlı danışan avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirli bildirir ki, yayılan fikirlər hamısı şayiədir və bahalaşmaya hələlik heç bir səbəb yoxdur:

“Bahalaşma qərar qüvvəyə minənə qədər olacaq. Daha sonra bir müddət bazarda durğunluq yaşanacaq. Alıcılıq qüvvəsi aşağı enəcək. Tələbat azaldığı üçün təklif qiymətinin artmasının mənası yoxdur. Ən əsasın bu bir ayda ölkəyə çoxlu sayda Koreya və Yaponiyadan 10-15 min manat dəyərində olan avtomobillər gətirilir. Nəzərə alaq ki, həmin avtomobillərdən ölkədə kifayət qədərdir. Qiymət artımları şayiədir, bahalaşmaya səbəb yoxdur. Bahalaşmaya yalnız gömrük qiymətlərinin artması səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, növbəti aylarda elektromobillərə tələbat daha çox olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir