bosanma

Boşanmaya aparan yol: Fərqli səbəblər, eyni sonluq…

Baxış sayı: 493

Biz boşanma hallarını qınayan, ailə birliyinə önəm verən bir cəmiyyətdə yaşayırıq. Ümumilikdə, boşanma prosesi və boşanma halları insan taleyində çətin mərhələ olsa da, faciə deyil.

Əgər ayrılıq məqamı gəlibsə, bu prosesin bir parçası olan, baş verəcək bütün duyğusal sıxıntılara da dözüm gətirmək və emosional dalğalanmalar qarşısında səbrli olmaq lazımdır. Əks halda bu, boşanma prosesini hər iki tərəf üçün də çətinləşdirir, arada qalan son hörmət və sevgini də bitirə bilir və əsası cinayətlə sonlana bilər. Hətta ailə quran valideynlərin “qızım, kəfənin ancaq ər evindən çıxa bilər”, yaxud “ailə oyuncaq deyil ki, ay oğul, ildə biri ilə qurula” kimi sərt təpkilər də artıq işə yaramır. Kökündə şəxsin özündən asılı olan, olmayan çox səbəblər dayanır. Xəyanət iqtisadi-sosial çətinliklər, ailə içi şiddət, qadının ər evində gün görməməsi, kişinin qadını ilə yola getməməsi, xasiyyət uyğunsuzluğu və pis vərdişlərə meyillilik səbəblər sırasında əsas yer tutur.

Qaynanaların gəlinə qarşı ögey münasibəti, daha gözəl və rahat həyat axtarışı, serillarda və filmlərdə gördükləri ailələrə qibtə etmələri, sosial şəbəkələrdə yazışmalar, kənardan gələn cəzbedici, xoş sözlər və bu kimi digər səbəblər ailənin dağılmasına səbəb olan əsas amillər kimi qeyd edə bilərik. Həmçinin ən ciddi səbəblərdən biri də iqtisadi problemlərin olmasıdır. Bu cür maddi problemlər ailədə söz-söhbətlərə və gərginliyə gətirib çıxarır.

Bosanma

Hər boşanma yoxsulluğun təzyiqini azalda bilməz. Vətəndaşların maliyyə imkansızlığının əsas səbəbi ailə büdcəsinin planlaşdırılması və uçotu bacarıqlarının olmaması, maliyyə savadsızlığıdır. Çox vaxt gənc ailələr toy üçün külli miqdarda kredit götürürlər, onları bir neçə il qaytarmaq lazımdır. Cütlüyün maddi “təhlükəsizlik yastığı” yoxdursa, işin itirilməsi, uşağın doğulması təkcə stres deyil, həm də böhran vəziyyətinə çevrilir. Son zamanlar dünyada koronavirusla bağlı qorxular artmaqdadır və ölkəmizin vətəndaşları ilk növbədə işsizlik, aşağı maaş və yoxsulluq narahat edir. Həmçinin müasir dövrdə yeni təcrübələr ortaya çıxır, o cümlədən insanların davranış modelində dəyişikliklər müşahidə olunur.Bu isə tərəflər arasında vəzifələrin bölünməməyinə gətirib çıxarır. Belə olan təqdirdə ailədə maraqlar toqquşur.

Əvvəllər kişi xəyanət edirdisə, qadın psixoloji olaraq bunu qəbul edirdi. Onlar «kişi xəyanət edəndir» fikrini əsas götürüb, ailəsini dağıtmamaq üçün buna göz yumurdu. Bu hal, qadınlarımız tərəfindən əvvəlki kimi sakitliklə qarşılanmır. Ailədaxili inam, güvən qalmır və ən böyük təsiredici amillərdən biri də inamsız və perspektivsiz ailələrin qurulmasıdır.

Sosioloqlar qeyd edir ki, günümüzdə təhlil edərkən, aldatma, xəyanət üzündən boşanmaların 40 faiz təşkil etdiyi halda, sevginin bitməsi, yalan danışma, mütəmadi olaraq mübahisə etmək 20 faiz evliliklərin bitməsinə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir