Payiz

Payız depressiyasından necə xilas olaq?

Baxış sayı: 460

Bir  çox psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv halların daha çox müşahidə edildiyini söyləyirlər.  Depressiyanı yaradan əsas səbəblərdən biri isə günəş işığının azalmasıdır. Həmin hal fiziki passivliyi olanlar da, oturaq iş şəraitində işləyənlər də, daha çox intellektual əmək sərf edənlərdə müşahidə olunur. Bir çox şeyə marağın itməsi, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması,  əsəbilik,  iştahanın dəyişməsi-artması və ya olmaması payız depressiyasının əlamətləri hesab olunur.

Psixoloqların  fikrincə, depressiyadan xilas olmaq üçün ilk növbədə həyatınızı bəlli bir  rejimə salmaq lazımdır. Məsələn,  gecələr 8 saatdan az olmayaraq yatmaq,  dörd divar arasında qapanıb qalmamaq, dost və yaxınlara vaxt ayırmaqdan ibarətdir. Kafedə yaxın dostlarla içilən bir fincan çay bəzən bir psixoloqun seansını əvəz edə bilər. Əhval-ruhiyyənizi yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu  dəmləyib içmək  lazımdır.  Tünd şokolad  da yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil etmək məsləhətdir. Həmçinin  fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir