pandemiya

Böyük karantin: Pandemiya münasibətlərə necə təsir edib?

Baxış sayı: 752

Özünütəcrid müxtəlif ölkələrin araşdırmalaraına görə, ailələrə fərqli təsir göstərib. Monmut Universitetinin araşdırmalarına görə, insanların əksəriyyəti özünütəcrid dövründə stress keçrimələrinə baxmayaraq, həmin dövrdən razı qalıblar.

Evdən işləmə və ya iş yerini itirmə səbəbindən, karantin dövründə uşaqların evdə təhsil alması və digər səbəblərə görə Çində boşanmaların sayının artması barədə xəbərlərə rəğmən, Amerika psixoloqları bunun əksini iddia edirlər. Onların fikrincə, özünütəcrid münasibətləri yaxşılaşdırır.

“Münasibətlər ideal deyil. Hər zaman müxtəlif problemlər olur. Ancaq ümumi nəzər salanda münasibətlər yüksək səviyyədədir” – deyə Monmunt Universitetinin professoru Qeri Levandovski bildirib.

Aprelin 30-dan mayın 4-nə qədər 556 nəfər amerikalı arasında aparılmış sorğuya görə bəzi fikirlər formalaşıb.

Belə ki, sorğu iştirakçılarının 3/4-ü bildirib ki, onların münasibətlərində dəyişiklik olmayıb. İştirakçıların 10 faizi münasibətlərinin çox yaxşılaşdığını, 7 faizi bir az yaxşılaşdığını, 1 faiz isə pisləşdiyini etiraf edib.

Levandovski vurğulayıb ki, pandemiya dövrü istənilən münasibətə stress gətirib: “Əksər insanlar münasibətlərdə daha çox yaxınlıq istəyir. Və indi insanlar arzuladıqlaırnı əldə etdilər”.

Hər 10 nəfərdən ikisi tərəf müqabili ilə daha az mübahisə etdiyini etiraf edib. Və hər 10 nəfərdən biri bunun əksini bildirib. Hər 10 nəfərdən 7-si isə pandemiya dönəmində mübahisələrin sayında dəyişikliklərin olmadığını bildirib.

Cinsi həyata gəldikdə isə cütlüklərin 9 faizi cinsi həyatın yaxşılaşdığını qeyd edib. 5 faiz isə cinsi münasibətin pisləşdiyini, 77 faiz isə heç bir dəyişiklik olmadığını deyib. Sorğuda iştirak edən şəxslərin yarısı isə münasibətlərin daha yaxşı olacağına ümid bəslədiyini bildirib. İştirakçıların 51 faiz karantin dönəmindən sonra münasibətlrinin daha möhkəm olacağını bildirib. 1 faiz isə münasibətlərin bərbad olacağını etiraf edib. 46 faizə isə karantin heç təsir etməyib.

Sorğuda iştirak edənlərdən evli kişilər münasibətlərin dəyişmədiyini qeyd edib. Ailə həyatı qurmayan cütlüklərin 22 faizi etiraf edib ki, münasibətləri gündəlik stressi azaltmağa kömək edib.

Levandovski karantin dönəminin ailə həyatlarında olan münasibətləri radikal şəkildə təsir etməyəcəyini iddia edib.

18-34 yaşlı cütlüklər pandemiyanın onların həyatına təsir etdiyini etiraf edib.

Sorğuda iştirak edənlərin fikrincə, onların münasibəti gündəlik stressdən təsirlənməyib. 29 faiz qadınlar isə stressin münasibətlərinə təsir etdiyini bildirib. Kişilərin 23 faizi də eyni cavabı verib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir