VALIDEYN

Bu 5 bürc çox yaxşı valideyn olur

Baxış sayı: 402

Astroloqlar bürclərə görə ilk 5 ən yaxşı valideyni açıqlayıblar. Bu, əsasən kişilərə aiddir. Astroloqlar 5 bürcün kişi nümayəndələrini daha yaxşı valideyn ola biləcəyini bildiriblər.

Həmin bürcləri təqdim edirik:

 

Buğa

Buğa bürcləri səbirli, praktik və rasionaldır. Yəni uşağın istənilən şıltaqlığının öhdəsindən gələcəkdir. Dəmir dözümlülüyü sayəsində o, istənilən vəziyyətdə sakit qala bilir və həyat təcrübəsi və müdriklik ona körpə yetişdirmək üçün ən yaxşı sərmayə qoymağa kömək edir.

Buğa bürcünün kişi nümayəndələri övladları üçün hər şey etməyə hazırdır. Onlar çox gözəl ata olur.

 

Qız 

Qız bürcləri uşaqları üçün dağları belə yerindən oynada bilər. Onlar övladları üçün ən yaxşısını istəyir. Qız bürclərinin kişi nümayəndələri ətrafdakılara bəzən sərt reaksiyalar verə bilər. Ancaq buna da sonradan peşman olub geri addım atır. Onlar çox seçicidir. Buna görə də onlardan inciməyə dəyməz. Bu bürclər həqiqətən uşaqlarının gələcəyini düşünür və buna görə onlar üçün həmişə investisiya qoyurlar.

 

Tərəzi 

Tərəzi bürcü ataları çox mülayim və sakit təbiətlidirlər. Onlar gözəlliyi yüksək qiymətləndirirlər və uşaqlıqdan övladlarına sənətə sevgi aşılamağa çalışırlar.

Onlar birdən-birə sərt çıxışlar edə bilər. Ancaq bütün bunları uşağa bir növ zərər verməkdən qorxduqları üçün edirlər.

valideyn

Oğlaq

Oğlaq ataları uşaqlara əsəbiləşəndə belə bunu mülayim şəkildə etməyə çalışırlar. Ümumiyyətlə, onlar uşaqlarını demək olar ki, beşikdən uğura hazırlayan olduqca rasional və praktik atalardır.

Oğlaqlar hər nə qədər sərt olsalar da, övladları olandan sonra sərt bir insandan xeyirxah bir ataya çevrilir.

 

Dolça

Dolça bürcünün ataları müəyyən bir plan üzrə yaşamağı xoşlamırlar. Amma bu, onların əla valideyn olmasına mane olmur. Sərgüzəşt ruhu və macəra dolu olması onu harasa çəkir. Uşaqları ilə vaxt keçirməkdən zövq alırlar. Onlar övladlarını daimi gəzməyə aparmağı xoşlayırlar. Balacalar bir Dolça atası ilə heç vaxt sıxılmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir