yatmaq

Bu saatda yatmaq infarkt riskini azaldır

Baxış sayı: 530

İngiltərədə aparılan elmi araşdırmaya görə axşam saat 22:00-23:00 arasında yatmaq ürək-damar sağlamlığı üçün çox faydalıdır.

“Biobank”ın 88 000 insan üzərində apardığı araşdırmaya görə, bədənin bioloji saatına əsasən düzgün vaxtda yatmaq infarkt və insult riskini azaldır, qan təzyiqinə müsbət təsir göstərir ki, bu da sağlam həyat üçün çox vacibdir.

Araşdırma aparılarkən könüllülərin yuxu və oyanma saatları ilə bağlı məlumatlar toplanıb. Həftənin hər günü davam edən araşdırma orta hesabla altı il davam edib. Bu müddət ərzində araşdırmada iştirak edənlərin ürək-damar sağlamlığına nəzarət edilib.

Araşdırmanın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin akademik nəşri olan “European Heart” jurnalında dərc olunub. Məlum olub ki, cəmi 3 min nəfərdə ürək-damar xəstəlikləri var. Tədqiqatda iştirak edən könüllülərin əksəriyyəti saat 22:00-23:00-dan əvvəl və ya sonra yatıblar ki, bu da “ideal” sayılır.

“Exeter” universitetinin professoru Devid Plans bu haqda qeyd edib:
“Araşdırmanın nəticəsi haqda qəti bir fikir deyə bilməsək də, araşdırma göstərir ki, erkən və ya gec yatmaq bədən saatına daha çox təsir edir və bu, ürək sağlamlığı üçün mənfi nəticələrə səbəb olur. Ən risklisi gecə yarısından sonra yatmaqdır”.

Digər mütəxəssis Regina Giblin isə qeyd edib:
“Aparılan araşdırma onu göstərir ki, ürək sağlamlığını qorumaq istəyənlər üçün saat 22:00-23:00 arası ideal zamandır. Lakin unutmamalıyıq ki, bu, qəti bir nəticə deyil. Yuxu vaxtı və müddəti ilə bağlı daha çox araşdırma aparılmalıdır”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir