UZ

Cavan qalmağın 10 sirri

Baxış sayı: 383

Son illərdə insan ömrü qısalıb. Amma 10 sirri bilib və ona dəqiq əməl etməklə ömrümüzü ən azı 120 il uzada bilərik. Ən əsası uzun ömürlüyün sirri düzgün qidalanmaqdır. Az, tarazılaşdırılmış şəkildə yemək insanı sağlam saxlayır. Yəni, hüceyrələr tez-tez yenilənir və orqanizm xəstəliklərə qarşı dözümlü olur.

İkinci tələb də yenə yeməklə bağlıdır. Belə ki, qəbul edilən hər hansı ərzaq yaşa uyğun seçilməlidir. 30 yaşda ən çox qaraciyər və qoz, 40 yaşdan yuxarı isə betakarotin yemək məsləhətdir. 50 yaşda balıq yemək daha xeyirlidir. Çünki bu qida insanın ürək və qan damarlarını qoruyur.

Daha 8 sirr haqqında:

1) Özünə uyğun iş tapın lazımdır. Bu da insanın cavan qalmasına şərait yaradır.

2) Sevgi və nəzakət uzunömürlü olmasına səbəb olur. Həftədə iki dəfə intim əlaqədə olmaq insanı yaşından 14 il cavan göstərir. Cinsi əlaqə zamanı orqanizmdən endorfin hormonu yaranır ki, buna da xoşbəxtlik hormonu deyirlər.

3) İnsanın hər şeyə gərək şəxsi fikri olsun. Həyatı dərk edən az hallarda depressiyaya düşür.

4) Hərəkət etmək, idmanla məşğul olmaq ömrü uzadır. Çünki hərəkət zamanı böyümə hormonları yaranır.

5)17-18 dərəcəli sərin temperaturu olan otaqda yatmaq da xeyirlidir. Orqanizmdə maddələr mübadiləsi, eləcə yaş xüsusiyyətlərinin yaranması ətraf mühitin temperaturundan çox aşlıdır.

6) Hərdən ərköyün olmağa da dəyər. Bəzən həyat tərzinin əksinə gedib istədiyiniz şirniyyatı yemək olar. Xoşa gələn əşyanı almaq da insanda xoş təəssürat yaradır.

7) Qəzəbdən uzaq durun. Alimlər araşdırıblar ki, xərçəng xəstəliyinə tutulma halları ən çox qəzəbi daxilində saxlamaqla yaranır.

8) Krossvord həll etməklə, kollektiv oyunlar oynamaqla, xarici dil öyrənməklə, hesab aparmaqla beyni işə salmaq da insan ömrünü uzadır. Bununla zehni imkanların deqradasiya prosesi zəifləyir, ürəyin, qan dövranın və maddələr mübadiləsinin işi aktivləşir.

 

Zəfər Orucoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir