CINS

Cinslə Yeni İl obrazları necə yarada bilərsiniz?

Baxış sayı: 386

Yeni İl axşamı dəbdəbəli geyinməyə öyrəşmişik, ya qırmızı paltar alır, ya da maksimum parıldamağa çalışırıq. Obrazları böyük zinət əşyaları və hündürdaban ayaqqabılarla tamamlayırıq. Əslində ötən ilki bayram kolleksiyalarının bu ilkindən ciddi bir fərqi yoxdur. Odur ki, əlavə xərc çəkmək lazım deyil. İl ərzində cəmi bir-iki dəfə istifadə etdiyiniz geyimləri almağa məcbur deyilsiniz.

Stilistlərin sözlərinə görə, qarderobunuzdakı ən klassik cins şalvarı ən dəbdəbəli köynəyinizlə birləşdirməklə təsirli bir bayram obrazı yarada bilərsiniz. Əsas odur ki, onları köynək seçimində düzgün qərarı verəsiniz.

Cins şalvar və parıltılı köynək kombinini dizaynerlər xüsusilə sevir. 2024-cü il şoularında müxtəlif moda evləri onun müxtəlif versiyalarını təqdim etdi. Sabato de Sarno “Gucci” üçün debüt kolleksiyasında boş uzun cins şalvarları daş-qaşlı mayka ilə birləşdirməyi təklif edib. “Loewe” şousunda da modellər podiuma çiçək motivli bluzlarda çıxmışdı. “Valentino”da isə biz bu dəstin daha romantik versiyasını gördük.

Qarderobunuzda olan istənilən cins şalvar bayram axşamına uyğun olacaq, amma seçim çoxdursa, əyninizə düz oturan bir modelə üstünlük vermək tövsiyə olunur. Bu cinslər həm çox yönlüdür, həm də müxtəlif obrazlar yaratmaq üçün daha idealdır. Bayram obrazına cavabdeh olan əsas komponentinin köynəklər olduğunu təxmin etmək çətin deyil. İpək və atlazdan, dəri və məxmərdən hazırlanmış köynəklər və bluzkalar da obrazın təsirli alınmasına xidmət edəcək. İncə və axıcı parçanın qalın cinslə kontrastı da təəccüblü dərəcədə ahəngdar kombin yaradacaq. Görünüşü tamamlamaq üçün dəstə hündürdaban ayaqqabılar və böyük sırğalar əlavə etməyi unutmayın.

Kontrastlarla oynamağın başqa bir yolu, cins şalvarları dəri korsetlər və ya nazik, şəffaf parçadan hazırlanmış bluza ilə birləşdirməkdir. Cinsləri parlaq pencəklərlə də birləşdirməkdən çəkinməyin. Belə pencəklər cinsləri dərhal ziyafət ruhuna bürüyüəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir