geyim

Dəbdə güzgü effekti: İndi hamı bunu edir

Baxış sayı: 395

Son bir neçə il ərzində “TikTok” dəb cərəyanlarının və gözəllik hiylələrinin əsas mənbəyinə çevrilib. Sosial şəbəkə istifadəçiləri daim yeni estetikalar ilə gündəmə gəlir, eləcə də müəyyən bir saç düzümü və manikürün sahibinin imicini kökündən dəyişdirə biləcəyinə dair bütün nəzəriyyələri irəli sürürlər. Onlar çox səy göstərmədən dəbli bir obraz yaratmağa kömək edən hazır formullar və fəndlər təklif edirlər. “TikTok”da meydana çıxan ən son tendensiyalardan biri “güzgü üsulu”dur. Və bu, dəbli bir obraz yaratmağın ən asan yoludur. Hər şey təfərrüatlarda gizlənib. Bəs dəbdə “güzgü metodu” nədir və ona necə əməl etmək olar?

“Güzgü metodunun” əsas məqsədi ayrı-ayrı əşyalar toplusunu vahid kombinə çevirməkdir. Necə? Eyni rəngli bir neçə aksesuardan istifadə etməklə. Rəng istənilən ola bilər. Əlbəttə ki, qırmızıya olan ümumi axından sonra bu, influenserlərin “güzgü metodunda” istifadə etdikləri əsas rəng oldu. Onlar həmişə qara şalvar-kostyumu, paltarı qırmızı ayaqqabı və çanta ilə birləşdirirlər. Cins şalvar və ağ maykanı da qırmızı sviter, loafers, idman ayaqqabısı və ya qırmızı corab ilə uyğunlaşdırmağa üstünlük verirlər.

Bununla belə, qırmızı aksesuarlarınız yoxdursa, onları almaq məcbur deyil. Əsas odur ki, qarderobunuzda olan aksessuarlar obrazın qalan hissəsi ilə ziddiyyət təşkil etsin. Hətta qara “birləşdirici” rəng rolunu oynaya bilər. Məsələn, ağ şalvar və köynəyi qara kəmər, çanta və bir cüt baletka ayaqqabı ilə birləşdirə bilərsiniz.

Bəs niyə “güzgü üsulu” bu qədər populyarlaşdı? Çünki onun köməyi ilə hər kəs internetin ən məşhur influenserləri kimi dəbli geyim yarada bilər. Cəmi 2-3 təzadlı aksesuar kifayət edəcək: çanta və ayaqqabı, beysbol papağı və kəmər, əgər yubka geyinirsinizsə, onu parlaq kolqotkalarla tamamlamaqdan çəkinməyin. Üstəlik, bu mövsüm onlar hələ də populyarlıq zirvəsindədirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir