Kisi-qadin

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN!

Baxış sayı: 440

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin.

 

Saç düzümünüzə fikir verin

Çalışın saç düzümünüzə qarşı diqqətli olun. Sizi cəlbedici göstərməyən saç düzümü rahat olsa belə onu heç bir zaman etməyin.

 

Aksesuardan istifadə edin

Xanım görünüşünə cazibə əlavə etmək üçün bəzək və zərgərlik əşyaları istifadə etməlidir. Heç bir bəzək əşyalarından istifadə etməyən qadının imici darıxdırıcı görünür.

 

Zərif olun

Qadın idarəçiliyə meyilli olmamalıdır. Əgər qadın daim mübahisə edirsə, o, ailədə və cəmiyyətdə öz yerini tapmayacaq. Hələ ki, qalmaqal heç bir qadını gözəlləşdirməyib.

 

Kişi geyimlərindən istifadə etməyin

Cins geyimlər və şalvarlar qadın bədən quruluşunu vurğulaya bilər. Bundan əlavə, onlar çox əlverişlidir. Ancaq onları davamlı geyinmək qadın zərifliyini unutdurur. Psixoloqlar hesab edirlər ki, hər qadının qarderobunda ətək və don çox olmalıdır. Onu da qeyd etmək lazımdır ki, qadın qarderobunun parlaq geyimlərdən ibarət olması tövsiyə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir