xestelik

Hansı qida bağırsaq çöpləri ilə daha çox çirklənir?

Baxış sayı: 382

Qida zəhərlənməsi, xüsusən də əgər ərzaq bəzi təhlükəli E. coli növləri ilə çirklənmişsə, ölümcül ola bilər. Həkim Aleksandr Myasnikov “Rossiya” telekanalında sağlamlıq proqramında bu haqda danışıb.

Ərzaqları vaxtında soyuducuya qoymaq, iki saatdan çox stolun üstündə saxlamamaq, bıçaq və yeməkləri yaxşıca yumaq, hər şeyi eyni kəsmə taxtasında kəsməmək, fərqli taxtalardan istifadə etmək – bütün bunlar o qədər vacibdir ki, sizi ciddi sağlamlıq problemlərindən xilas edə bilər.

“Yalnız bu gün üçün bişirin. Bir parça ət bişirin, yalnız bu gün yeyəcəyiniz qədər. Sabaha qalmış hazır qida çöplərlə çirklənə bilər”, – deyə doktor Myasnikov “Ən vacibi haqqında” proqramında məsləhət görüb.

Həkimin sözlərinə görə, hazır sousları süfrəyə qoymaq xüsusilə təhlükəlidir. Nümunə olaraq o, mehmanxana və kafelərdəki vəziyyətləri göstərib. “Bilirsinizmi, qida ilə yoluxan xəstəliklərin, toksiki infeksiyaların – hətta beşulduzlu otellərdə də ən böyük mənbəyi nədir? Bunlar stolun üstündəki hazır souslardır. Onlar günlərlə stolda qalırlar. Qalan hər şey soyuducuya qoyulur, amma bu souslar orada qalır. Hesab edin ki, təmiz və dadlı bir şey götürüb E.coli səpib yeyirsiniz.Sonrası immunitetinizə bağlıdır”,- deyə həkim xəbərdarlıq edir.

Səyahət zamanı suyu qaynatmaq mümkün olmayanda həkim qazlı su içməyi, içkiyə buz qoymamağı məsləhət görür.O bildirib ki, E.coli suda da yaşayır. “Biz buzu götürürük, içkilərə atırıq, amma bu buzun hansı sudan hazırlandığı bəlli deyil. Ən azından qazlı su için, onun müəyyən emal prosesindən keçməsi məlumdur”, -deyə həkim fikrini yekunlaşdırıb.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir