dirnaq

Dırnaq boyalarının ömrünü uzatmaq üçün ipucları

Baxış sayı: 1. 577

Hər bir qadının makiyaj çantası rəngarəng dırnaq boyaları ilə doludur. Və demək olar ki, hamımız dırnaq boyalarından istifadəni sevirik. Amma dırnaqlarımıza boya çəkdikdən sonra rastlaşdığımız problem kefimizi pozur. Əllərimiz gün boyu daha çox hərəkət edir, daha çox suda olur və bunun nəticəsində də boyalar dırnağımızdan tez soyulur. İndi də payız fəslidir, bu o deməkdir ki, hər gün suya məruz qalan dırnaqlarımız yağışlı günlərdə islanacaq və dırnaq boyalarımızın tez getməsinə daha bir səbəb də yaranacaq. Təbii ki, bu əziyyətli problemin həlli yolları var. “Gencaile.az” “Foxy.az”-a istinadən xanımlara dırnaq boyalarınızı daha qalıcı etmək üçün ipucları verir.

• Dırnaqlarına boyanı çəkməzdən əvvəl əmin olun ki, dırnaqlarınız təmizdi, əvvəldən boya qalıqları qalmayıb. Əgər qalsa aseton vasitəsilə onu silin

• Daha sonra nəmləndirici və ya hər hansı bir krem istifadə etməməyə diqqət edin

• Dırnaqlarınızı təmizlədikdən sonra 15 dəqiqə alma sirkəli iliq suda saxlasanız dırnaqlarınız həm parlaya, həm də boyanız uzunömürlü olar

• İstifadə etdiyiniz dırnaq boyasının keyfiyyətinin də böyük önəmi var. Və onu dırnağınıza çəkməzdən əvvəl çalxalasanız daha yaxşı olar

• Dırnaq boyasını dırnaqlarınıza həmişə 3 qat çəkin. Birinci qat olaraq şəffaf dırnaq boyası çəkilməli və qurumasını gözləmək lazımdır. İkinci qat istədiyiniz dırnaq boyasınızı çəkin. Boyanı dırnaqlara uyğulayarkən çalışın ortadan başlayıb uclara doğru cəld hərəkətlə edin. Quruduqdan sonra eyni rəngli boyadan yenə çəkin

• Hər gün dırnaqlarınıza parladıcı çəkərək boyanın dırnaqlarda daha çox qalmasını təmin edə bilərsiniz

• Dırnaqlarınızı sərt əşyalardan qoruyun, qabları yuyarkən də əlcəkdən istifadə edin

• Boya dırnağınızda tam quruyandan sonra kosmetik vasitələrdən istifadə edə bilərsiniz.

Qeyd edək ki, bunları etməklə minimum 3-4 gün dırnaq boyalarınız soyulmadan dırnaqlarınızda qala bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir