efsane rusttemova

Dözüb arvad olanlar – “NATAMAM”

Baxış sayı: 1. 609

” Beyin bulandıran və məni çox istəyən qohumlarım da az deyil..  Hərəsi bir tərəfdən neçə dözün ARVAD olduqlarından danışırdılar.  Belə halda boşanma qərarı da vermək asan deyildi.  Hər cümlə məni bir addım daha evimə, mətbəximə, öz dünyama aparırdı.. Amma bilirdim ki, bu qədər həngamədən sonra barışa da bilmərəm.  Anamın təzyiqi, atamın şəkəri qarşımı kəsib həmişə. ”

Bəlkə də ilk dəfədir etiraf edirəm ki, bu cəmiyyətdə psixoloq olmaq da çətindir. Çünki sən sadəcə bir adamın duyğu-düşüncələriylə deyil, hamı ilə-cımiyyət-mentalitetlə mübarizə aparırsan.. Belə olan halda effekt almaq da çətindir, sağlam qalmaq da. Fikirlərində boğulan pasientə ümid vermək də çətindir.. Özün də ona baxıb ümidsizləşirsən zamanla.

Onun bu gedişin döyüldüyü evə geridönüş kimi qiymətləndirmirəm çünki.

O şəraitsizliyindən qaçıb getmək istəyir. Çıxdığı ev gəldiyi evdən daha kiçik olsa da, o artıq bu böyüklüyə yerləşə bilmirdi. Çıxmaq və getmək istəyirdi. Anlamırdı ki, hara gedir-getsin, özü özüylə gedəcək. Baş etməsi gərəkən duyğu cəmiyyətdən öncə o daxilindəki MƏN idi. O Məni formalaşdıran Cəmiyyəti dəyişə bilməsə də özünə onlarla birlikdə yaşamağı öyrədə və nəfəs alacağı pəncərəni aça bilərdi. Təəssüf ki, bunu ona nə cəmiyyət, nə ailə, nə məktəb öyrətməyib. Ona görə gəlib əslində. Bir ümid. Doğru yerə gəlibsə, böyük bir pəncərədən nəfəs alaraq boşaldacaq qəlbindəki qaranlıqları və çıxacaq öz ürəyinin eyvanına.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir