dunya

Dünya ölkələrinin mərasimləri təəcübləndirir…

Baxış sayı: 410

Hər ölkənin özünəməxsus milli-mental dəyərləri, adət-ənənələri var. İnsanları doğuşdan ölümünə qədər müşayiət edən bu maraqlı mərasimlər haqqında danışaq.

 

Yaponiya

Yaponların qəribə və eyni zamanda, maraqlı adət-ənənələri çoxdur. Onlardan biri də evlilik zamanı keçirdikləri qeyri-adi bir mərasimdir.Bu mərasim “Sakazuki-goto” adlanır( mənası “ üç, üç, doqquz deməkdir). Qədim adətə görə, gəlin və bəy üç ayrı qabdan üç qurtum sake içməlidirlər və qabların üçü də fərqli bir ölçüdə olmalıdır. Yeni evlənən cütlük sakeni içməyə ən kiçik olandan başlayırlar. Yaponların qədim inanclarına görə, 9 rəqəmi insanlara 3 qat xoşbəxtlik gətirir, məhz buna görə 3 qab və 3 qurtum mərasimi keçirilir. Çox maraqlıdır ki, burada içilən sakelərin hamısı ləzzətli olmur və bu da onların həyatda həm yaxşı, həm də pis şeylər yaşaya biləcəyinə, cütlüyün bunun öhdəsindən gəlməli olduqlarını işarə edir.

Yaponların digər qeyri-adi adətlərindən biri də “alov” mərasimidir. Hamımızın bildiyinə görə, onlar üçün od təmizlənmə simvolu sayılır. Bəzən Yaponiyada yerləşən buddist məbədlərində olan rahiblər ruhlarını yeniləmək, qorxularını dəf etmək və enerjilərini artırmaq üçün isti kömürlər üstündə ayaqların gəzirlər. Onların düşüncələrinə görə, alov onların həyatına səffaflıq gətirir. Bənzər kömür üstündə gəzinti Şimali Afrikada,Cənubi və Şərqi Asiyada, Haitidə, Karib dənizi ölkələrində və hətta yaxın Bolqarıstanda tətbiq olunur.

 

Afrika

Bəzən qorxulu olsa da, lakin dünyanın müxtəlif yerlərində insanlar həqiqi qan içirlər.Çoxumuz bu ənənəni inkar etsək belə, Keniyada yaşayan Masai tayfasının döyüşcüləri daha qüvvətli və yenilməz olmaq üçün inəklərin damarlarını kəsərək, qanı südlə qarışdıraraq içirlər. Bəzi xristianlar qanın şəraba döndüyünə inanırlar və hər müqəddəs bayram zamanı onlar üçün əvəzolunmaz bu içkini qəbul edirlər.

 

Avstraliya

Yeni Qvineyada yaşayan qəbilələrdə və Avstraliyanın yerli sakinlərinin qəribə bir adəti var. “Əsl kişi” olmaq üçün burada yaşayan yeniyetmələr əllərinə nəhəng ləçəkli qarışqalar ilə dolu əlcəklər taxırdılar. Onlar bu əlcəkləri 30 dəqiqə ərzində 25 dəfə geyinməlidirlər və bu ağrılara dözə biləcək oğlan qəbilənin tam üzvü kimi qəbul olunurdu.

 

Tailand

Maraqlı və eyni zamanda, qəribə adət-ənənələri  müşahidə etmək istəyirsinizsə onda mütləq Tailandda yerləşən Phuket adasına gedin. Burada keçirilən “ Vegetarian festivalında” qeyri-adi ləzzətlərdən dadmaq olar, lakin burada baş verən qəribə mərasimləri görən insanları vahimə bürüyəcək. Hər il sentyabr və oktyabr aylarında adanın sakinləri doqquz gün ərzində ət yemirlər. Festival zamanı insanlar, həmçinin mazoxist rituallar keçirirlər. Hər iki cinsin nümayəndələri yanaqlarını nizə,bıçaq və digər iti əşyalarla deşirlər. Qədim inanclara görə, belə acılardan keçən insanları Tanrı gələcək  bütün əzab və ağrılardan qoruyacaq.

 

Hindistan

Hindistanın Maharaştra əyalətində müsəlmanların keçirdiyi qəribə bir mərasimi müşahidə edə bilərik. Orada yeni doğulmuş körpələri məbədin 15 metrlik divarından atırlar. Divardan atılan uşaqlar, təbii ki, yerə dəyməzlər, çünki aşağıda  böyük parça çəkərək valideynləri onları tuturlar. Yarım minillik boyu bu qəribə rituala ciddi riayət edən insanlar, beləliklə uşağın sağlamlığını gücləndirə, gələcəkdə onun üçün uğurlu bir həyat təmin edə biləcəklərinə inanırlar. Onların düşüncələrinə görə, məbədinin divarına düşən uşaq ağıllı və cəsarətli olur.

 

Tibet

Tibetdə yerləşən Ganden monastırı ərazisində yaşayan insanlar arasında qəribə bir adət mövcüddur. Onlar ölən insanların cəsədlərini parçalayaraq dağın başına qaldıraraq, orada qoyurlar. Burada yaşayan insanların  düşüncələrinə görə, hər hansı bir cənazə mərasimi vaxt itkisidir. Tibetlilərin əksəriyyəti Buddaya itaət etdiklərinə görə, bədənlərini yırtıcılara verdikdən sonra, onu tez bir zamanda təbiətdəki maddə dövranına qaytarmağa çalışırdılar. Bu ərazidə Çinin qanunları tətbiq olunduğundan sonra belə dəfn mərasimləri qadağan olunaraq qanunsuz elan edildi. Lakin 1980-ci ildən yenidən bərpa olundu.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir