ilahe

Düşüncə zəhərlənməsi – PSİXOLOQ YAZIR

Baxış sayı: 2. 104

Zəhərlənmə , müxtəlif səbəblərdən (içkidən,yeməkdən,metaldan,dərmandan və s.) baş verə bilər. Bəzən zəhərli maddələr həmin anda, bəzən isə uzun bir müddət sonra öz təsirini göstərərək insanın zəhərlənməsinə səbəb olur. Fərqli toksiki maddələrin səbəb olduğu zəhərlənmənin simptomları da fərqli ola bilər. Eyni zamanda yaş, çəki faktorları da simptomlara təsir göstərir, ancaq ümumi göstəriciləri bunlardır:

-Qusma

-Çətin nəfəsalma

-Uyuşma

-Qarın ağrısı

-İshal vəs.

Adətən zəhərlənmə dedikdə, yanlızca toksiki təsirə malik olan maddələrin səbəb olduğu hadisə kimi başa düşülür. Bəzən insan öz düşüncələrindən belə zəhərlənə bilər. Ancaq bu vəziyyət uzun müddət ərzində yavaş-yavaş baş verdiyi üçün insanın özünün bunu fərq etməsi çox da asan olmur.  İlk öncə insan üçün toksiki təsirə malik olan düşüncələrin nədən ibarət olduğunu təyin etmək lazımdır. Bu düşüncələr irrasional düşüncələr adlanıb insanın psixoloji dözümlülük dərəcəsinin azalmasına səbəb olur ki, bu da öz növbəsində insanın stressor faktorlara qarşı adaptasiya qabiliyyətini zəiflədir. Kontrolun öz əlində olmadığını gördüyü zaman insanın davranışları da adekvatlığını itirir.

İnsanın düşüncələrinin formalaşması zamanla mümkün olduğu üçün dəyişdirilməsi də bir o qədər çətin olur.Düşüncələrin formalaşmasında yaş, cins, sosial mühit kimi faktorlar əsas rol oynayır. Uzun müddət insanın özü tərəfindən doğru olduğuna inandırılan düşüncələrinin irrasional olduğunu  anlaması iki halda mümkündür. Birinci halda , insanın özünün bunun fərqinə varması belə ki, hər dəfəsində eyni xoşa gəlməyən nəticələrlə qarşılaşması insanı yenidən düşünməyə vadar edir. Bu zaman  insan öz düşüncələrinin təməlinə fokuslanaraq səbəbini araşdırmağa başlayır.

İkinci halda,  digər insanların təkidi ilə davranışlarına səbəb olan düşüncələrinə yönəlir. Hər iki halda irrasional düşüncələrin təsbit edilməsi insanın özü tərəfindən  mümkün olur. İrrasional düşüncələrin əsasını bunlar təşkil edir:

  • Məcburetmə: belə düşüncələrin təməlini daha çox –malı,-məlilər təşkil edir. Məsələn, o məni sevməlidir və ya yarışda birinci olmalıyam.
  • Qorxunclaşdırma: primitiv hadisələrə qarşı həddindən artıq reaksiya verərək özünü çıxılmaza düçar etməkdir. Məsələn, sevdiyim qız məni sevməsə, bu mənim üçün dünyanın sonu olar.
  • Dözümsüzlük: Başımıza gələn hadisələrə dözə bilməyəcəyimiz düşüncəsindən qaynaqlanır,məsələn, sevdiyim qiz məni sevməsə buna dözə bilmərəm.
  • Qəlibləşdirmək: Qəlibləşmiş düşüncələr sayəsində hadisələri olduğu kimi deyil, alışdığımız tərzdə interpretasiya edirik, məsələn, o qız məni sevmirsə, bu mənim sevilməyə layiq bir oğlan olmadığıma dəlalət edir.

Düşüncələrimiz duyğularımız və davranışlarımızın əsas göstəricisi olduğu üçün rasional və ya irrasional olması çox mühim əhəmiyyətə malikdir. Belə ki, nə düşünürüksə onu hissedirik və hissetddiklərimiz davranışlarımızda əks olunur. Düşüncələrimizin fərqinə varmağımız üçün əldə etdiyimiz nəticələrə baxmaq kifayətdir. Nəticə dəyişmirsə, deməli, rigidləşmiş düşüncələri dəyişdirməyin zamanıdır. İrrasional düşüncələrimizin toksiki təsirini yox etmək üçün ilk öncə fərqinə varmağımız və təsbit etməyimiz lazımdır. Hər bir irrasional düşüncənin dəyişdirilməsi və rasionallaşdırılması insanın öz əlindədir.Bunun üçün sadəcə istəmək kifayətdir.

Bəzən düşüncələrimizin də detoksa ehtiyaci olur…

 

Psixoloq İlahə Novruzova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir