zumrud haqverdiyeva

Emosional istismar – “SEANS VAXTI”

Baxış sayı: 564

Şiddətin tez-tez vurğulandığı bu günlərdə, diqqət edilməsi lazım olan və insanların çox yaxşı gizlətdikləri və  inkar etdikləri bir şiddət növüdür. Üstəlik, insanlar fiziki zərbələr almadıqları üçün ruhlarındakı göyərmiş izlərini,  özlərindən gizlətməyə üstünlük verirlər. Araşdırmalara görə, emosional zorakılıq insanların səksən beş faizinin həyatının hansısa məqamında qarşılaşdığı zorakılıq formasıdır. Diqqət etməsəniz belə, ətrafınızda emosional zorakılığa məruz qalan insanlar ola bilər. Bunlar bacınız, qızınız, oğlunuz, ananız, atanız, ən yaxşı dostunuz ola bilər. Emosional zorakılığın cinsi yoxdur.

 

Emosional istismar əlamətləri hansılardır?

 

Alçaltmaq və tənqid etmək

Biri ilə lağ etmək, şübhəsiz ki, emosional istismarın bir formasıdır. Bunu edən şəxs sizin  bacınız və ya hər hansı ailə üzvü olsa belə, bu onu dəyişmir. Başqalarının qarşısındaalçaldıcı istehzalar sizi alçaltmaq üçün edilir. Əsəbləşsəniz və ya buna reaksiya versəniz, insan sizi çox həssas olduğunuzu mühakimə edəcək, bu da sizi alçaltmağın başqa bir yoludur.

 

 Nəzarət etmək və utandırmaq

Sevgiliniz sizi idarə edir və sıxışdırırsa, bu, dərhal ondan uzaqlaşmalı olduğunuz həyəcan siqnalıdır. Əgər harasa getmək üçün ondan, icazə alırsınızsa, bu o deməkdir ki, münasibətlərinizə yenidən baxmalısınız. Bir şey etdiyiniz zaman bu, sizi həmişə günahkar hiss etdirir,  siz həqiqətən də daxilinizdə haqlı olduğunuzu bilirsinizsə, bu “manipulyasiya” kimi müəyyən edilir. Bu emosional istismarçınınən böyük silahıdır.

 

 Tənbəllik və kobudluq

Əgər ətrafınızda nailiyyətlərinizi lazımınca qiymətləndirməyən və ya əhəmiyyət verməyən biri varsa, onlardan uzaqlaşmağın vaxtı gəlmişdir demək. Hətta bu adam sizə həyatda hələ nail olmadığın şeyləri daim xatırlada bilər. Bu həm sənə olan qısqanclığından, həm də öz uğursuzluğundan qaynaqlansa da,  önəmlisi budur ki, həmin şəxs sənin daima aşağı çəkməyə çalışır.

 

Mənasız istəklər və üzr istəməmək

Səhv etdiyi zaman səndən üzr istəməyən insan, səni  kifayət qədər dəyər vermir. Üstəlik, bu şəxs sizin vəzifəniz olmadığı halda sizdən bir şey tələb etsə də, yenə də sizə pis rəftar edə bilər. Bu, nə etdiyinizdən asılı olmayaraq özünüzü qeyri-kafi hiss edir.

 

Yox saymaq

Emosional istismarın ən mühüm əlamətlərindən biri. Bir şəxsə qarşı görməzdən gəlmək kimi davranışlar  sərgiləmək, dəyərsiz hiss etdirər. Buna daimi məruz qalma, başqalarını məmnun etmək üçün yaşayan bir fərd olmağa gətirib çıxarır.

 

Emosional istismarın simptomları

Aşağı özünə hörmət və inamsızlıq

Daim başqalarından razılıq axtarmaq

Aqressiv davranış

Ailə üzvlərindən və yaxın insanlardan  və uzaqlaşmaq;

Daim keçmişi düşünmək

Özünü dəyərsiz hiss etmək.

 

Emosional zorakılıqdan məruz  olanlar çox vaxt onu həddən artıq sadələşdirir və ona məhəl qoymurlar. Bunun zorakılığın bir növü olduğunu qəbul etmirlər.  Özlərinin  həyatları olmadığını dərk edə bilmirlər. Özünə inamını itirən və başqasının vasitəsilə özünü mənalı tapan fərd üçün bu, bir həyat tərzi kimi qəbul edilir və başqa seçimlər axtarmır. Əgər özünüzdə və ya yaxınlarınızda bu və buna bənzər   simptomları görürsünüzsə, mütəxəssislərdən kömək  almaq sizə yardımçı olacaqdır.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir