sorba

Hər gün sulu yemək vacibdirmi? – HƏKİM DANIŞIR

Baxış sayı: 442

Şorba nəyə lazımdır? Hər gün şorba yeməliyəm? Bu suallar yəqin ki, bir çoxlarını düşündürür.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, borşun çox faydalı bir xüsusiyyəti var – qan təzyiqini aşağı salmağa kömək edir. Çuğundurun tərkibində damarları genişləndirən üzvi nitratlar var. Müəyyən edilib ki, həmin maddələrin təsiri ilə qan təzyiqi aşağı düşür.

Nermine Abbasova

Bundan əlavə, Nərminə Abbasova qeyd edir ki, səhər yeməyi və nahar şorba qəbul etmək üçün idealdır. Onlar, həmçinin balıq şorbası yeməyi məsləhət görüblər. Çünki balıqda dəmir, fosfor və yod var.

“Dəniz balıqları omeqa-3 ailəsinin çoxlu doymamış yağ turşuları ilə zəngindir və beyin, ürək-damar sistemi üçün yaxşıdır”, -deyə həkim vurğulayır.

Təəssüf ki, yemək zamanı vitaminlərin və mikroelementlərinin əhəmiyyətli bir hissəsi məhv olur, lakin faydaları hələ də qalır.

Məsələn, yerköküdən danışırıqsa, bilirik ki, o, özündə C vitamini, A vitamini ehtiva edir.

Yağlı və ədviyyatlı şorbalar hər kəsə uyğun deyil, düzgün bişirildikdə çoxlu faydaları olmasına baxmayaraq həzmi çətinləşdirə bilər. Mədə xorası və ya xroniki qastriti olanlar şorbaları ehtiyatla yeməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir