8d30aa96163309646050057850610579560

Heç vaxt açılmayacaq 5 tarixi sirr

Baxış sayı: 716

Bəzi tarixi sirlər var ki, onlar artıq heç vaxt açıla bilməz. Bu, bəzən müvafiq dəlillərin itməsi və ya arxeoloji yerin məhv edilməsi səbəbindən baş verir. Bəzən isə yeni sübutların ortaya çıxma ehtimalının olmaması və ya mövcud sübutların elm adamlarını fikir birliyinə gətirmək üçün çox qeyri -müəyyən olmasıdır. Aşağıda heç vaxt tam izah oluna bilməyən 5 tarixi sirr barədə danışacağıq.

 

Yırtıcı Cek kim olub?

1888-ci ilin ikinci yarısında Londonda sirli bir cinayətkar bir-birinin ardınca İst End rayonunda əxlaqsızlıqla məşğul olan beş qadın öldürdü. Qəzetlər ona Yırtıcı Cek adını verdilər. Manyak qurbanları ilə o qədər tez və anlaşılmaz şəkildə məşğul olurdu ki, o gedəndən bir neçə dəqiqə sonra cəsədlər bir dəfəyə tapılırdı. Bu günə qədər Cek tarixin ən sirli qatillərindən biri olaraq qalır.

Bəlkə də Cek fahişələrə nifrət edən aqressiv bir cərrah və ya qətlləri ilə “dünyanı çirkablardan təmizlədiyinə” inanan vəhşi bir akuşer idi.

 

“Mariya Selesta”gəmisi hara getdi?

1872 -ci ildə “Mariya Selesta” adlı tacir briqantin Nyu Yorkdan İtaliyaya yola düşdü. Gəmidə kapitan Bencamin Briqs, həyat yoldaşı və iki yaşlı qızı, həmçinin yeddi ekipaj üzvü var idi.
Satış üçün 1700 barel spirt daşıyırdılar. Dörd həftə sonra, məqsədsiz olaraq üzən gəmi Atlantik Okeanında Dei Grazia briqadası tərəfindən tapıldı. İçində nə ölü, nə də diri bir nəfər belə tapılmadı. Kabinədəki əşyalar elə düzülmüşdü ki, sanki insanlar təzəcə oradan ayrılıblar. Zorakılıq və atəş izi yox idi. Gəminin jurnalından başqa bütün sənədlər də yoxa çıxmışdı. Tütün və ərzaq təchizatı olan dənizçi boruları adəti üzrə olduğu yerlərdə idi. Sanki gəmidəkilər bilərəkdən gəmini buraxıb çıxıb getmişdilər.

Ancaq belədirsə, niyə özləri ilə heç nə götürmədikləri, niyə qeydlər buraxmadıqları və qeyd dəftərini atmadıqları hələ də sirr olaraq qalır. Bir çox fərziyyələr mövcuddur. Ekipajın sualtı zəlzələ səbəbiylə gəmini tərk etməli olduğu və ya bir növ su qasırğasından qorxduqları və ya nəhəng bir vəhşi su heyvanı tərəfindən hücuma məruz qaldıqları güman edilir. Beləcə, “Mariya Selesta”nın ekipajı itkin düşür və orada nə baş verdiyini indiyədək heç kim bilmir.
“Dyatlova”turist qrupu niyə itkin düşdü?

1959 -cu ilin yanvar ayında Ural Politexnik İnstitutundan 10 turist Şimali Uralda xizək gəzintisinə çıxdı. Xizəkçilərdən biri daha sonra marşrutu tərk edərək evə qayıtdı və qrupun lideri İqor Dyatlov da daxil olmaqla digər doqquz nəfər səyahətlərini davam etdirərək Holatçaxl dağının yamacında gecələdilər.
Orada donub ölmüşdülər. Bu günə qədər bunun necə baş verdiyi aydın deyil. Görünür, nə isə turistləri gecə yarısı paltar və ya təchizat olmadan çadırlarından tullanmağa və düşərgəni tərk etməyə məcbur etmişdi. Yamacın aşağı hissəsində, bir şəkildə isinmək üçün ocaq yandırmağa çalışaraq hamısının hipotermiyadan ölməsi versiyası da var. 5 nəfərin cəsədi xilasetmə qrupu tərəfindən bir ay sonra, dörd cəsəd isə daha sonralar tapıldı.

Onların fırtınayla üzləşdikləri, yadplanetlilər tərəfindən oğurlandıqları və ya bir dağ ayısının hücumuna məruz qaldıqları versiyaları da var idi. Lakin qrupun ölümü ilə bağlı heç bir sübut tapılmadı.

 

Voyniç əlyazmasında nə yazılıb?

1912 -ci ildə antiksevər Uilfrid Voyniç, İtaliyanın Frascati şəhərində yerləşən Cizvit rahiblərindən bir orta əsr əlyazması aldı. Tipik bir əlyazma, göründüyü kimi, kimya və ya astronomik bir risalə, dərman bitkiləri və ya buna bənzər bir şeylə bağlı idi. Əlyazmanın üzəri suda müxtəlif bitkilərin, bürclərin, anlaşılmaz sxemlərin və çılpaq qadınların görüntüləri ilə doludur.

Lakin bir məqam da var ki, əlyazma tamamilə anlaşılmaz bir dildədir. Bu dildə nə Avropada, nə də dünyanın digər bir hissəsində heç bir dövrdə danışılmayıb. Çəkilən bitki şəkilləri dünyanın heç bir yerində görülməyib, həmin ulduz və astronomik işarələr belə başqa heç yerdə yoxdur, resept, kimyəvi tərkiblər, sxemlər-hər bir şey anlaşılmazdır.
Rənglər, mürəkkəb, perqament hər şeyin əsl olduğu və əlyazmanın saxta olmadığı da sübut olunub.
Yeri gəlmişkən, Yale Kitabxanasına yolunuz düşərsə, əlyazmanın səhifələrini vərəqləyə bilərsiniz, orada saxlanılır. Bunun nə olduğu bilinmir: izsiz yoxa çıxan bir mədəniyyətin qalığı, gizli cadugərlik cəmiyyətinin şifrələnmiş kitabı və ya bürclərin, bitkilərin və memarlığın tamamilə fərqli olduğu başqa bir ölçülü kitab.

 

Atlantida mövcuddurmu?

Eramızdan əvvəl IV əsrdə yunan filosofu Platon guya eramızdan əvvəlki dövrlərdə Atlantik Okeanında mövcud olan və Avropa və Afrikanın böyük bir hissəsini özündə birləşdirən Atlantida adlı bir diyardan bəhs edir. Sonradan Atlantidanın dalğalar altında yox olduğu fərz edilir.

Heç bir ciddi alim bu hekayənin sözün əsl mənasında doğru olduğuna inanmasa da, bəziləri əfsanənin qismən yunan tarixində gerçək hadisələrdən ilhamlandığını güman edirlər. Ehtimallardan biri, təxminən eramızdan əvvəl 1400 -cü ilə qədər Kritdə çiçəklənən Minoan sivilizasiyasının Atlantidanın tarixinə ilham verməsidir.

Atlantidanın mövcud olub-olmaması hələ də elmi şəkildə öz sübutunu tapmayıb.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir