kelem tursusu

Kələm turşusunu necə hazırlamaq olar? – Sadə və asan resept

Baxış sayı: 417

Qışda süfrələrin vazkeçilməzi olan kələm turşusunu bir çoxları ev şəraitində hazırlayır.  Ancaq bəzən reseptdən doğru şəkildə istifadə edilmədiyi üçün istənilən nəticə əldə olunmur. Belə ki, bu iştah açan turşunun hazırlanması bir neçə gün tələb edir. Hər evdar qadının da öz üsulu var.

Kələm turşusunun hazırlanmasındakı əsas sirr marinaddadır.

Əvvəlcə kələm və kökü doğramaq, sonra bankalara paylamaq lazımdır. 2 kq kələm üçün 200 q doğranmış kök götürmək kifayətdir. Sonra marinad etmək lazımdır.

Orta istilik üzərinə bir tavada su qoyun. 100 q şəkər və bir yemək qaşığı düzü qaba əlavə etməlisiniz.

Daha sonra məhsullar tamamilə həll olunana qədər hərtərəfli qarışdırın. Bundan əlavə, ona 110 ml sirkəsi də əlavə etmək lazımdır. Duzlu su qaynayan kimi onu kələmin üzərinə tökün.

Alınan qarışıq otaq temperaturunda 12 saat saxlanmalı, sonra bankalara yığılmalıdır.

Onu da qeyd edək ki, turşu sərin yerdə saxlanılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir