KISI

Kişi olmaq çətin şeydir – Firəngiz Ağalar yazır

Baxış sayı: 492

“Yaş böhran”ı dedikdə ilk ağla gələn aşağıdakı assosiyalar olur: ani əsib-coşmalar, təkliyə can atma, təkbaşına qərar vermək cəhdləri, həyatı dəyişmə arzusu, valideynlərdən uzaqlaşmaq istəyi, peşmanlıq göz yaşları və s. Yeniyetmənin və qadınların davranışlarını xatırladır. Buna baxmayaraq, kişilərdə  yaş böhranı qadınlardan da çox çəkir. Təsəvvür edin ki, 16 yaşdan etibarən, hər 7 ildən bir, kişilər yaş böhranı keçirir:

Yeniyetmə böyüdüyünü hamıya bildirmək istəyir,siqaret çəkməyə, spirtli içkilər içməyə və qızlarla görüşə çıxmağa başlayır,bəziləri isə  müxtəlif  idman növlərinə  yazılır (məsələn, boks, güləş, futbol).

2-ci böhran (23 yaş). Bu böhran vacib həyati qərarlar alınmasına ehtiyac olanda yaranır (Gələcəkdə neçə uşaq sahibi olsun, iş üçün hansı sahəni seçsin, həyatda uğur əldə etmək üçün hansı yola yönəlsin?). Gələcək parlaq görünür. Bu böhran ərzində gənclərin əksəriyyəti evlənməyə qərar verir, amma buna ailə qurmaq xatirinə yox, böyüdüklərini sübut etmək üçün can atırlar və  bacardıqca valideynlərindən uzaqlaşmağa çalışırlar.

3-cü böhran (30 yaş). Daxili dünyasında yaranan təzadlarla əlaqəli olaraq iş yerini dəyişir, ailədə anlaşılmazlıqlar yaranır.Əgər həyat 23 yaşında ona olduqca gözəl görünürdüsə artıq gələcəyin əsrarəngiz olmadığını görüb, məyusluğa düçar olur. Ailədə münaqişələr yaranır. Uşaqlar çox tələbkardırlar. Bəzən bu, boşanmayla nəticələnir.

4-cü böhran (37 yaş). Kişi həyatın sonsuz olmadığı və ömrünün ikinci yarısının birincidən  yaxşı olmayacağı  qənaətindədir.

5-ci böhran (44 yaş). Yetkinlik yaşına çatmış uşaqlar ata ocağını tərk edib müstəqil həyata başlayır. Qayğı yetirmək və ya himayədarlıq etmək bacarığından məhrum olan valideynlər həyatın mənasız olduğu qənaətinə gəlirlər.

6-cı böhran (51 yaş). Kişi cavanlığın keçdiyini anlayır. O, keçmiş illərini geri qaytarmaq istəyir, dəbə uyğun geyinir, hərdən kənardan klouna da bənzəyə bilir,  qulaqcıq ilə musiqi dinləyir, gənclərlə zaman keçirir və s.

7-ci böhran (58 yaş). Bu yaşda olan böhran, yanlış düşüncənin nəticəsidir. “Mənim bundan sonrakı həyatım, ölümə hazırlaşmaqla, ölümü gözləməklə keçir”. Elə bu düşüncəyə görə kişilər, öz yaxınlarının, qohumlarının ona daha çox diqqət göstərməsini tələb edirlər.

Qadın həmişə stress vəziyyətində olur. Ona nə lazım olduğunu bilmir:ya bədbəxtdir, ya da ona heç nə lazım deyil xoşbəxtdir. Qadının əhvalı Bakının havasına bənzəyir, heç vaxt bilmirsən, küləkli olacaq ya yox. Bu səbəbdən aydın deyil- bu zərif cinsin yaş böhranıdır, yoxsa onun təbiəti belədir?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir