sevgi

Kişilər hansı komplimentləri SEVİR?

Baxış sayı: 473

Psixoloqların fikrincə kişilər də qadınlar kimi compliment eşitməyi sevirlər.

Beləliklə, kişi üçün xoş olan 5 komplimenti açıqlayırıq:

 

1. Geyim:

Bəli, qarderobunda beş köynək olan kişi  onlardan hansının ona ən çox yaraşdığını bilmək istəyir;

 

2. Bədən:

Mütəmadi olaraq idman zalına baş çəkən kişilərin, qarın əzələlərinə və ya güclü qollara ünvanlanan iltifatlardan çox xoşu gəlir.

 

3. Təhlükəsizlik zəmanəti:

Kişilər himayəsində olan qadının onun yanında olarkən tamamilə təhlükəsiz hiss etməsini bilmək istəyir. Qadınların: “Səninlə özümü çox sakit hiss edirəm” sözləri heç bir kişini laqeyd qoya bilməz.

 

4. İntellekt:

Gözəl bədən və bahalı köynək nə qədər xoş təsir bağışlasa da intellektə edilən tərif heç də ondan geri qalmır. Qadınların kişi məntiqinə heyran qalması güclü cinsin nümayəndələrini məmnun edir.

 

5. Qoxu:

Yanından keçərkən arxada gözlərini yumub gəzməyinə səbəb olan hadisə. Qoxu, bir insanla görüşərkən şüuraltı olaraq hiss etdiyimiz şeydir və bir-birimizə necə uyğun olduğumuzu təyin edən də odur. Əgər kişinizdən xoş qoxu gəlirsə, ona bu barədə danışın. Əgər pisdirsə, onu da deyin. Bəli xoş ətirə deyilən tərif kişini çox xoşbəxt edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir