kisi-qadin

Kişiləri necə qısqandırmalı?

Baxış sayı: 1. 792

Sevgilisindən diqqət görməyən qızlar bəzən kişiləri qısqandırmağın yollarını axtarırlar. Əgər siz kişiləri qısqandırmağın yollarını tapa bilmirsinizsə, bu yazını oxuyun. Çünki bu mövzu ilə bağlı sizi maraqlandıran suallara aydınlıq gətirməyə çalışmışıq.

Rahat olun

Mərasimdə davamlı onu izləmək və qızlarla söhbət etməsinə maneə törətmək yerinə onun qızlarla danışmasına icazə verin. Hətta söhbətə siz də qatılın. Qızlarla söhbət etməsinə mane olmayın, çünki bu sizin özünüzə olan etibarınızı göstərər və niyə qısqanmadığınızı sorğulamağa başlar.

Mükəmməl görünün

Sevgiliniz varkən və ya yoxkən, hər vaxt baxımlı görünün. Depressiyaya düşüb, evə qapılıb yemək yemək yerinə özünüzü idmana həsr edin. Gözəl və diqqətçəkən bir qadından kim vaz keçə bilər ki? Sevgilinizin yanında belə sizə çevrilən gözlər onu dəliyə çevirəcək!

Əhəmiyyətsiz hesab edin

Özünüzə güvənin, dünya sizin ətrafınızda fırlanırmış kimi davranıb, etdiklərini, söylədiklərini əhəmiyyətsiz hesab edin! Onun üzərində titrədiyinizi və hər istədiyini etsəniz, sizi daha az əhəmiyyətli hesab edər. Bir mühitdə təkmiş kimi yalnız ona baxmayın. Başqa insanlarla söhbət edin, başqa dostlarla maraqlanın.

Telefonla danışın

Bərabər olarkən telefonla danışmağınız, gülüşləriniz həm maraq oyadar, həm də bütün marağınızın onda olmadığını hiss etdirər. Gecə sizə gizli nömrədən zəng edən adamın kim ola biləcəyi sualları və təxminləri də ağlına qurd salmağa kifayət edəcək.

Qız dostlarınızla vaxt keçirin

Hər gün sevgilinizlə görüşmək yerinə öz yoldaşlarınızla da görüşün. Könül rahatlığı ilə icazə versələr, onlarla keçirdiyiniz hər anı qısqanarlar. Özünüzə və yoldaşlarınıza vaxt ayırın. Qızlarla gəzməyə gedin, qız yoldaşlarınızla danışdığınız hər şeyi sevgilinizə deməyin.

Köhnə sevgili

Birlikdə bir kafedə oturduqda köhnə sevgilinizlə qarşılaşmağınız bir anda mühitin pisləşməsinə səbəb olar. Hələ ki, köhnə sevgilinizlə salamlaşmağınız ayrılıq səbəbi ola bilər.

Kişilər sevdiyi qadını, qız dostlarına da qısqanarlar, amma bunun üzərinə başqa kişi də gələndə qısqanclıq səviyyəsi iki qat yüksəlir. Kişilərin diqqətini çəkmək üçün qısqanclıq oyunları gözəldir, lakin həddini aşmamağa çalışın. Yadınızda saxlayın ki, kişilər paylaşmağı çox xoşlamazlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir