metro

Metroda bu xəstəliklərə yoluxa bilərsiniz

Baxış sayı: 1. 219

Metro yerin altındadır və demək olar ki, havası dəyişdirilmir. Eyni zamanda metrodan gün ərzində yüz minlərlə, milyonlarla insan istifadə etdiyindən orada müxtəlif xəstəiklərə yoluxma riski də təbii ki, yüksəkdir. Bu səbəbdən bəzi sərnişilər hətta vaqonlardakı tutacaqlardan tutmağa belə ehtiyat edirlər. Belələri haqlıdırmı?

Metrodan istifadə zamanı nəinki qrip və digər kəskin respirator viruslu infeksiyalara yoluxa bilərsiniz, hətta “yeraltı dünya”dan pedikulyoz (baş tüklərinin dibində bitlər), qotur (qaşınma), yaxud insan papilloma virusu (İPV) ilə çıxa bilərsiniz. Əgər əlinizdə yara, cızıq, yaxud kəsik varsa, vaqonun tutacaqlarından yalın əllə tutmağınız risklidir (“e-tibb.az”). Metrodan çıxandan sonra antiseptik vasitələrdən istifadə edin. Bu, xəsətlənmə təhlükəsini azaldar.

Metroda Epşteyn-Barr vürusuna (EBV) yoluxmaq riski də yüksəkdir. Bu virus həm hava-damcı yolu ilə, həm də kontaktla keçir. Pisi odur ki, ona yoluxduğunu anlamaq çox çətindir. Əgər siz tez-tez yorulmağa başlamısınzsa, yaxud immunitetiniz kəskin azalıbsa, böyük ehtimalla bu virusa yoluxmusunuz.

Metrodan istifadə zamanı xəsətliklərdən qorunmaq üçün tibbi maskalardan və antiseptiklərdən istifadə etməyiniz məsləhətdir.

Amma onu yaddan çıxarmayın ki, maskadan yalnız bir dəfə istifadə etmək olar!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir