UZUK

Mövsümün ən parlaq zərgərlik trendi

Baxış sayı: 417

Bu mövsüm dəbli obrazlarınızı rəngli daşlarla vurğulanan üzüklərlə bəzəyin. Qırmızı, çəhrayı, yaşıl, göy və ya sarı qaşlı üzüklər artıq dünya ulduzlarının da qəlbinə yol tapıb.

Minimalizmin hökmranlığından, 90-cı illərin tendensiyalarından və rahat ev geyimlərində yaşanan karantindən sonra demək olar ki, bütün xanımların parıltı və dəbdəbəyə marağı gözlənilmədən artdı. Modapərəstlərin bu ehtiyaclarını qarşılamağa çalışan moda və zərgərlik evləri bir-birinin ardınca böyük, rəngli və iri daşlarla işlənmiş bəzək və zinət əşyaları təqdim etməyə başladılar. Beləliklə, dəb tendensiyalarına kokteyl adlanan üzüklər də daxil oldu. Məlum oldu ki, belə üzüklər cəlbedici, çılğın və ya parlaq görünmək istəyinə son dərəcə uyğun gəlir.

Böyük üzüklər XX əsrin 20-ci illərində məşhur idi. ABŞ-da qadağa zamanı qadınlar tez-tez qeyri-qanuni kokteyl məclislərində parlaq zinət əşyaları taxırdılar və burada ictimaiyyətə nümayiş etdirirdilər ki, qaydaları pozmaqdan qorxmurlar və bu, çox dəbli görünür. Bu dövr həm də qadınların hər şeydə daha çox azad olması ilə böyük bir sosial dəyişikliyə imza atdı. Onlar qısa ətəklər geyinir, korset və uzun paltarlardan, boğucu davranış qaydalarından imtina edirdilər. Onlar müəyyən edilmiş normaları cəsarətlə və həyasızcasına pozduqlarına diqqət çəkmək üçün bəzənib-düzənir, rəqs edir, həm də nəhəng parıltılı üzüklər taxırdılar.

Bu günlərdə kokteyl üzükləri ziyafətlərdən kənarda da taxıla bilər, onlar gündəlik qarderobu, xüsusilə ağ mayka və göy cins şalvar kimi sadə ansamblı mükəmməl şəkildə vurğulayırlar. Belə bir üzük üçün hər hansı təsdiqlənmiş üslub da yoxdur. Seçim üçün saysız-hesabsız müxtəlif dizaynlar var – çiçək, heyvan və ya meyvə motivləri. Bir qayda olaraq, bir çox üzüyün mərkəzində böyük bir daş var və onlar parlaq rəng birləşmələri ilə diqqəti cəlb edir. Kokteyl üzüklər şübhəsiz ki, parıltılı və cəlbedici bir vurğudur, onun sayəsində heç bir obrazınız kölgədə qalmayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir