geyim

Mükəmməl görünmək üçün 5 dəb hiyləsi

Baxış sayı: 420

Fransız qadınları hər hansı təsadüfi seçilmiş geyimlərdən gözəl obrazlar yarada bilirlər, italyanlar isə zərif dəstlər yaratmaqda çox mahirdilər. Hətta ən adi şalvar və köynəklər də qara saçlı italyan xanımlarında xüsusilə təsirli görünür! Bu effektə nail olmaq üçün onlar bir neçə üsuldan istifadə edirlər.

Beləliklə, oxucuları italyan gözəllərinin dəb hiylələri ilə tanış edirik.

 

Başdan-ayağa qara

İtalyan gözəli nə geyinəcəyini bilməyəndə, qaraya üz tutur və bu, vəziyyətdən ən çıxış yoludur. Qara sizə heç vaxt uğursuzluq gətirməyəcək. Bununla belə, ilk baxışdan sadə görünsə də, bir sıra mühüm qaydaları var. Materialları bir-birindən fərqlənən elementləri seçib birləşdirməlisiniz. Rahat trikotaj yubka + qalın gödəkçə, zərif kofta + klaassik şalvar, axıcı paltar + drape palto və digər bu kimi elementləri qeyd etməyə dəyər.

 

Naxışlı sarafanlar

Sıradan dəstlər və ya adi paltarlar temperamentli italyan qadınlarına darıxdırıcı və sıxıcı görünür, buna görə də vurğu əlavə etmək və fərdiliyi ifadə etmək üçün naxışlardan istifadə edirlər. Bu, qara və ağ xallar, rəngarəng abstraksiyalar və qırmızı güllər ola bilər. Görünüşün zərif alınmasını istəyirsinizsə, silueti vurğulayan modellərini seçin.

 

İri çərçivəli eynəklər

Best designer sunglasses for women 2023

İtaliyada günəş demək olar ki, bütün il boyu parlayır, ona görə də bu ölkənin sakinləri həmişə tünd eynək taxırlar. Fransız qadınlarının bəyəndiyi lakonik modellər əvəzinə, italyanlar iri çərçivələri seçirlər. Düzbucaqlı və yumru formalara diqqət yetirməyə dəyər, bu cür eynəklərlə istənilən görünüş daha cəlbedici və daha zərif görünəcək.

 

Boş geyimlərdə balans

Dar paltarlar italyan qadınlarının üslubu ilə əlaqələndirilsə də, böyük ölçülü paltarlar da geyinirlər. Yalnız nadir hallarda bir qadının üzərində eyni anda bir neçə “oversize” qarderob elementini birləşdirdiyini görə bilərsiniz. Geniş çiyinləri olan kişi pencəyini qısa ətək və qonla uyğunlaşdırır, enlibalaqlı şalvarları isə dar köynək və “crop top”larla balanslaşdırmağa üstünlük verirlər. Odur ki, yadda saxlayın, bir ultra boş geyim zərifliyinizi ön plana çıxarmağa kömək edə bilər.

 

Bahalı görünən rəng və materiallar

Materiallar da şıq italyan qadınlarının görünüşündə mühüm rol oynayır. Sintetik məhsul olsalar da, paltarlar bahalı görünür. Paltarlarınızı hərtərəfli ütüləmək vacibdir, fransız qadınlar bir az qırışmış köynəklər geyinsələr də, italyanlar üçün bu, tabudur. Və təbii ki, tiftik, cırıq və cızıqlardan söhbət gedə bilməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir