psixoloq efsane rustemova

“Necə baş edim?!” – “NATAMAM”

Baxış sayı: 1. 456

“Mənim özümlə mübarizəmlə bitmir axı hər şey. Bir də kənarda baş verən hadisələr var. Kənarda baş verən, müdaxilə edə bilmədiyin və təsirləndiyin.

Sanki bütün dünya üsyan edirdi mənim ümidsizliyimə. Ölümcül virus, ev həbsi, müharibə və mənim duyğusal boşluqlarım.  Necə baş edim axı?! Sonra da məni qımayırlar. Bu axı heç normal adamın belə daşıyacağı yük deyil. Mən bu qədər mənəvi boşluğun içində necə vuruşum?! Kimlə vuruşum?! Hansına nəyi başa salım?! Özümümü dinləyim, ailəmimi, ya cəmiyyətin düşüncəsiyləmi maraqlanım. Və bu harayın içində bir də övlad böyüdürəm. O da bir dərddir. Hərdən düşünürəm ki, mənim bu ruhalıyla böyütdüyüm uşaqdan nə olacaq ki?! Sonra tez silkələnirəm… O yaxşı olacaq! Əks halda mən niyə yaşayıram ki?! Səmimi deyim ki, eyvandan özümü yerə doğru itələməməyimin tək səbəbi övlad adlı məcburiyyətimdir. Bilirəm, uşağına yük kimi baxan qadın ölsə yaxşıdır deyə düşünürsünüz.. Haqlısınız! Amma özümlə baş edə bilmirəm.”

Yenə mənim-cəmiyyətin yerən qərar verib özün bir qəlibin içinə oturtmuşdu. Ən yaxşı olduğu sahənin ANALIQ olduğunu bildiyi halda burda belə özünü mühakimə edirdi. Ona necə kömək edə bilərəm görəsən?! Axı mən təkcə onunla yox, bütün cəmiyyətlə mübarizə aparıram. Hələ ağlına yer eləmiş intəhar fikri beynini lap bulandırıb. Onu bu halda tək qoymaq olmaz. Amma heç kəsi də yoxdu ətrafında onu duya bilən…

“Sən bütün gücünlə dünyanın dönüşünü dəyişməyə cəhd edirsən. Bəlkə məğlubiyyətlə razılaşıb, gücsüzləşmək, ağlamaq, sıfırlanıb yenidən yaşamağa başlamaq lazımdır? Nə düşünqrsən?!”

Bu sualım onun gələn seansa qədər beynini məşğul edəcək. Və bir həftə daha yaşayacağına ümid yaranacaq.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir