Zumrud Haqverdiyeva

Necə xoşbəxt ola bilərəm? – “SEANS VAXTI”

Baxış sayı: 459

1) Çöldə vaxt keçirin

Hər gün intensiv iş rejimi ilə əvvəlkindən daha çox vaxtımız qapalı məkanda keçiririk. Bununla yanaşı yaşıllığın əhatəsində olmağın psixoloji sağlamlığa müsbət təsiri vardır. Hətta bir araşdırma sübut edir ki, sadəcə təbiət şəkillərinə baxmaq da beynin xoşbəxtlik,  hissələrini aktivləşdirir. Bundan əlavə, şüaların zərərinin minimal olduğu saat 11:00-16:00 arasında çöldə vaxt keçirməklə, D vitaminin qəbulu, depressiya düşmə riskini azaldır.

 

2) Tərləyin

Günəş altında gəzib tərləməkdən söhbət getmir. Davamlı olaraq idman etməkdən bəhs olunur. Davamlı idman sağlamlığınıza müsbət təsir etməklə yanaşı, psixoloji olaraq da sağlam bir olmağınıza səbəb olacaqdır.

 

3) Lazimi qədər yatın

Yetərincə yuxu yatmayan insanın immuniteti aşağı düşür və xəstəliklərə dayanma müqaviməti azalır. Eyni zamanda araşdırmalar göstərir ki 4-5 saatdan az yatan şəxslərin depressiya və digər psixoloji narahatlıqlara düçar olmaq riskini artırır.

 

4) Meditasiya edin

Aparılan araşdırmalar göstərir ki gündə 1 saat meditasiya ilə məşğul olan şəxslərin, xoşbəxtlik hissi öncəki günlərə nisbətən daha da artır.

 

5) Yaxşı dostlar qazanın

Birini yaxşı hiss etdirəcək insanların əhatəsində olmaq, insanı xoşbəxt hiss etdirir. Eyni zamanda özgüvənini artırır.

 

6) Meyvə və tərəvəz yeyin

Sağlam qidalanma orqanizmlə yanaşı, psixoloji vəziyyəti də normallaşdırır. Onun üçün də qidalanmanı da mütləq düzgün edin.

 

7) Gülləri qoxulayın vəya baxın

Davamlı olaraq hər səhər gülləri iyləmək vəya mənzərəni tamaşa etmək, insana xoşbəxtlik gətirir

 

8) Başqalarına kömək edin

Başqalarına kömək etmək, insana xoş təsir bağışlayan yollardan biridir. O zaman alınan güc insanın mənəviyyatını zənginləşdirir.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzi psixoloqu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir