valideyn

Niderlandda uşaqlar niyə xoşbəxt böyüyür? – Tərbiyədə 5 mühüm qayda

Baxış sayı: 393

UNICEF-in araşdırmasına görə, Niderland uşaqlara ən yaxşı təhsil və həyat verən ölkələrdən biridir. Maraqlıdır, niderlandlıların tərbiyə sistemi nə ilə fərqlənir?

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə iki oğul anası və yazıçı Rina Mey Akosta danışıb. O, ən çox satılan “Dünyanın Ən Xoşbəxt Uşaqları” kitabının həmmüəllifi və “Finding Dutchland” adlı valideynlik bloqunun müəllifidir. Rina Meyin sözlərinə görə, niderlandlıların ən üstün cəhətlərindən biri də odur ki, ənənələrlə yenilikləri ustalıqla birləşdirə bilirlər. Yazıçının dili ilə niderlandlıların uşaq tərbiyəsi mövzusunda diqqət etdikləri 5 mühüm qayda ilə tanış edirik.

valideyn

Körpə yuxusu müqəddəsdir

Niderlandlı analar uşaqlarının istirahətinin təmin edilməsində kifayət qədər həssasdırlar. Yeri gəlmişkən, burada böyüklər də digər ölkələrin sakinlərindən daha çox yatırlar. Avropa İnkişaf Psixologiyası Jurnalının araşdırmasına görə, Niderlandda yuxu cədvəlləri mühüm rol oynayır.

 

Uşaqlarına vaxt ayırırlar

Uşaqlar ana və atanı nə qədər tez-tez görsələr və onlarla nə qədər çox ünsiyyət qursalar, bir o qədər çox əylənirlər. Üstəlik, bu, həm uşaqlar, həm də valideynlər üçün keçərlidir. Eyni zamanda hər iki valideynin gənc nəslə diqqət yetirməsi vacibdir. Yerli əhalinin bunun üçün hər cür şəraiti var: bir çoxlarının “part-time” işləmək, hətta “həftəni dörd iş gününə endirmək” imkanı var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yaydığı məlumata əsasən dünyanın ən qısa iş həftəsi Niderlandadır.

Aydın məsələdir ki, valideynlər günün böyük hissəsini işdə keçirirlər. Ancaq o bir neçə boş saatda ailəniz və uşağınızla keyfiyyətli vaxt keçirmək imkanınız varsa, birlikdə parka gedin, stolüstü oyunlar oynayın, pizza bişirin, hətta “yastıq döyüşü” oynayın. Bu, ailə bağlarınızı möhkəmləndirəcək və körpənizin ailədə xoşbəxt münasibətlər bünövrəsini qoyacaq.

 

Təhsildə nailiyyət

Avropada bu günə qədər əksər valideynlər uşaqlarının qiymətlər və ballarına diqqət yetirirlər, bizim valideynlərimiz də bu istəkdə kifayət qədər tələbkardırlar. Niderlandda təhsil sisteminin özü müəyyən meyarlara uyğunluğu yox, öyrənmək istəyini nəzərə alır. Bir çox ixtisaslar üçün bal ümumiyyətlə lazım deyil, tələbənin məktəbdə imtahanlar verməsi kifayətdir.

 

Uşağın fikri diqqətə alınır

Təhsillə bağlı dördüncü qaydanı bir çoxları mübahisəli hesab edir. Niderlandlı valideynlər övladlarını dinləmək üçün onların yetkinlik yaşına çatmasını və ya ibtidai nitq bacarıqlarının inkişaf etməsini gözləmirlər. Bütün bunlar əlbəttə ki, üstünlükdür, lakin ən azyaşlı uşağın belə fikirlərini açıq şəkildə ifadə etmək imkanı əldə etməsi olduqca vacibdir. Körpə bir şey mızıldayan kimi, onu dinləməyə başlayacaqlar. Yeri gəlmişkən, bu ənənə təkcə uşaqlara fikirləri formalaşdırmağı öyrətmir, həm də böyüklərə şərh etmək bacarığını öyrədir.

 

Velosiped ən yaxşı nəqliyyat vasitəsidir

İlk baxışdan elə görünə bilər ki, valideynlər sadəcə olaraq övladlarını sevindirmək istəyirlər. Uşaq olanda hansımız velosiped arzulamamışıq?! Ancaq bu, gizli bir qaydadır. Ölkədə iqlim mülayim deyil, hava nəmli, yağışlı və küləkli olur. Bu, fərasətli pedaqoqları narahat etmir. Ona görə ki, Niderlandda istənilən hava şəraitində velosiped sürmək bir adətdir, həm sağlamlıq üçün faydalıdır, həm də xarakter formalaşdırır. İsti geyinin və yola çıxın! Bunun xoşbəxtliklə necə bir əlaqəsi var? Birbaşa! Uşaqlıqdan təslim olmamağı öyrənən birini həyatda heç bir çətinlik ruhdan sala bilməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir