geyim

“Ofis siren” stili nədir?

Baxış sayı: 410

Dizaynerlər “yeni qadınlığı” araşdırmağa davam edirlər və bu işdə nəinki tamamilə şəffaf “çılpaq” libaslar və mikroşortlar, daha sadə və qapalı geyimlər də onların köməyinə çatır. Məhz ciddi və sadə geyimlər sayəsində “TikTiok”da son ayların əsas hitinə çevrilən “ofis sirenası” üslubu formalaşıb. Bəs “ofis siren” üslubu nədir, nədən ibarətdir və niyə yeni mövsümdə ofis stilinə diqqət etməyə dəyər?

Beləliklə, oxucuları “ofis sirenası” üslubu və onun qaydaları ilə tanış edir.

Uzun müddətdir əsas trendləri təyin edənlər titulunu qazanan “TikTok” istifadəçiləri “ofis siren” üslubuna dair hikmətli məsləhətlərini videolarda paylaşırlar. Onlar əsasən “Calvin Klein”, “Prada” və “Narciso Rodriguez”in 90-cı və 2000-cı illərin arxiv fotolarına istinad edirlər. Qüsursuz siluetlər, minimalist kəsimlər, hündürdaban ayaqqabılar və səliqəli saç düzümlərinin təsvir olunduğu kadrların 25-30 yaşı olmasına baxmayaraq, bütün bunlar qeyri-adi dərəcədə aktual görünür. 90-cı illərin minimalizmini və ən incə qadın formalarını 2024-cü ilin yaz-yay mövsüm kolleksiyalarında dizaynerlər yenidən dəbə qaytarıblar.

Bir çox parlaq nümunələrə Sabato de Sarnonun “Gucci” üçün və Piter Hokinginsin “Tom Ford” üçün debüt kolleksiyalarında, həmçinin “Carven” və “Ferragamo” şoularında rast gəlmək olar. Məşhur fəşn blogerlər arasında “ofis sirenası” üslubunu dekabrın sonunda modellik karyerasına qayıdan Bella Hadid artıq sınaqdan keçirib. Paparatsilər modeli davamlı olaraq sadə, lakin çox təsirli obrazlarda lentə alırlar. O, dar köynəklərlə klassik şalvar və şəffaf eynəklərlə birləşdirməyə üstünlük verir.

 

“Ofis sirenası” üslubunu necə geyinmək olar?

Bir çox yol var, lakin əsası bir neçə komponentdən təşkil olunur. Bunun üçün sizə ya klassik, ya da önündə cazibədar yarıqlı qələm ətəklər və minimalist köynəklər lazım olacaq. Minimalist rolunu yaxası olan çoxhəcmli olmayan vorotnikli köynəklər, yaxud da bər-bəzəksiz bluz və ya tək trikotaj sviter oynaya bilər.

Paltar-futlyar da işinizə çox yarayacaq. O, bədən qruluşunuzun bütün xətlərini vurğulayacaq, eyni zamanda olduqca sərt bir görünüş saxlayacaq. Obrazı gödəkçə ilə tamamlamaq qərarına gəlsəniz, əyninizə kip oturan bir model seçmək daha yaxşıdır, “ofis siren” üslubu böyük ölçüləri qəbul etmir. Eynəklər isə üslubun ən son ştrixi rolunda çıxış edir.

Bu tendensiya qeyri-müəyyən şəkildə keçən payızda məşhur olan kitabxanaçı üslubuna bənzəyir, lakin onlar arasında ciddi fərqlər də var. Məsələn, “kişi” ayaqqabılar və baletkalar əvəzinə “ofis sirenası” üslubuna iti uclu yüksəkdabanlı stilettorlar və ya ayaq biləyində zərif qayışı olan ayaqqabılar daha xasdır. Bu, itələyici görünmə riski olmadan qadınlığınızı vurğulamaq istədiyiniz hallar üçün ideal seçimdir. Və “ofis sirenası” obrazındakı hər hansı bir əşya digər geyimlərdə də birləşdirilə bilər, odur ki, bütün sadalananlar qarderobunuz üçün çox yaxşı bir investisiya olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir