onlayn alis-veris

Onlayn alış-veriş zamanı nələrə diqqət etməli?

Baxış sayı: 494
İnternet həqiqətən həyatımızı çox asanlaşdırıb. Ən böyük üstünlüklərdən biri də alış-veriş etmək imkanıdır. Bəzi müştərilər alacaqları məhsula fiziki olaraq toxunmaq, hiss etmək və sınamaq istəyirlər. Onlar onlayn alış-veriş etməkdə maraqlı olmurlar. Qeyd etməliyik ki, onlayn alış-verişin ən mühüm faydası vaxta qənaətdir. Onlayn alış-veriş saytlarını gəzməyə sərf olunan vaxt, mağazadan mağazaya keçərək alış-verişə sərf olunan vaxtla müqayisədə daha az yorucu olur. Rahat oturduğumuz yerdən qısa müddətdə yüzlərlə məhsulu müqayisə edərək seçim edə bilirik. Təbii ki, onlayn alış-verişin mənfi cəhətləri də var. İnternetdə təklif olunan məhsul və çatdırılan məhsul fərqli ola bilər, məşhur markanın sandaletini aldığını düşünənlərə plastik market başmaqları da göndərilə bilər. Bu da işin acı “sürpriz”i sayılır.

Onlayn satış üzrə mütəxəssis Aysel Əliyeva bildirir ki, müştəri mağazada alış-veriş edərkən məhsullardakı aşkar qüsuru öz gözləri ilə görür. İstənilən halda hamı bilir ki, bəzi böyük internet alış-veriş saytlarında məhsul çeşidi demək olar ki, limitsizdir. Çünki bu saytlarda yüzlərlə satıcı var. Onlayn alış-veriş saytının özü adətən birbaşa satıcı deyil, öz saytında həmin satıcıları təqdim edir. Satıcılar da birbaşa müştərilərə satırlar.

onlayn pul qazanmaq

“Ancaq qavrayış belədir ki, internet alış-veriş saytına daxil olaraq məhsul aldığı zaman saytın satıcı olduğunu düşünür. Bu zaman internetdən alınan məhsulun qüsurlu olduğu aşkar olunarsa, satışın həyata keçirildiyi internet saytı ilə yanaşı, satıcının da məsuliyyət daşıyıb-daşımayacağı ilə bağlı problem yaranır. Çünki satıcı bəzən veb saytın özü ola bilər. Veb saytın özü birbaşa satıcı deyilsə, həmin veb saytdakı satıcı məsuliyyət daşıyır. Veb saytın özü bütün reklamlarda və tanıtımlarda şəxsiyyət kimi göstərilsə də, qüsurlara görə məsuliyyət daşımır”,– deyən mütəxəssis qeyd edir ki, belə hallarda müştəri məhsuu geri qaytara bilmirsə, müxtəlif qurumlara müraciət edir ki, adətən bu müraciətlər də nəticəsiz olur. Və yaxud müştəri 100 manata aldığı məhsul üçün artıq vəsait xərcləyib məhkəmələrə düşmək istəmir. Belə hallarda qazanan sadəcə sayt üzərində olan satıcılar olur.

“Bəli, onlayn satışın müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Bu səbbədən də, alış-veriş zamanı iki dəfə düşünmək lazımdır. Məhsulu satan satıcını araşdırmaq, məhsullar haqqında yazılan, satıcı haqqında yazılan şərhlər oxumaq lazımdır. Bundan sonra əgər 100 faiz əminlik yaranırsa, onlayn məhsul sifariş edə bilərsiniz” – deyə Aysel Əliyeva əlavə etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir