CINS

Qışın ən universal cins dəbi

Baxış sayı: 359

Qarderobun əsas və ən universal titulu uğrunda mübarizədə cins şalvar həmişə qalib gəlir. Kobud parçadan hazırlanmış bu şalvarlar çoxdan bizim uniformamıza çevrilib. Onlar həm işgüzar stilin, həm gündəlik, həm də teatr və romantik görüşlərin də ayrılmaz hissəsi olmağı yaxşı bacarırlar.

Yayda ağ cinslər gündəmə gəlirsə, qışda onu qara variantları əvəz edir. Bu mövsüm də istisna olmayıb.

Mağazalar bizə bir neçə rəngin saysız-hesabsız çalarlarını təklif etməsinə baxmayaraq, çox vaxt biz “orijinal” mavi rəngə üstünlük veririk. Bununla belə, yağışlı və soyuq mövsümdə daha praktik qara modellərə daha yaxından nəzər salmağı məsləhət görürük.

Bu barədə heç vaxt düşünməmiş ola bilərsiniz, amma qara cinslər də müxtəlif çalarlara malikdir. Daha klassik dəstlər üçün dərin, zil qara, daha cəsarətli obrazlar üçün isə bozumtul variantları seçin. Bu cins şalvar böyük ölçülü sviter və dəri bomber gödəkçə ilə birləşdikdə əla görünəcək. Əgər havalar isinənə qədər cins şalvar geyinməyi planlaşdırırsınızsa, daha bol modellərə üstünlük verin. Söhbət təkcə tendensiyalarla bağlı deyil. Məsələ ondadır ki, şaxtalı günlərdə bol şalvarlar termal alt paltarı geyinməyə imkan verəcək. Zövqünüzə uyğun üslub seçin. Yadda saxlayın ki, yüksək bel və dar modellər silueti mükəmməl şəkildə uzadır və ayaqları daha uzun göstərir, düz kəsimli variantlar həmişə “daha bahalı” görünəcək və gələcək illərdə öz aktuallığını itirməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir