Rahib

Rahiblər qadına olan həvəsləri ilə necə mübarizə aparırlar?

Baxış sayı: 209

Rahiblər qadına olan həvəsləri ilə necə mübarizə aparırlar? Hər bir rahib öz hislərini və istəklərinə qadağa qoymaqla bağlı and içirlər ki, bu da özlüyündə sexsual həvəsin məhdudlaşdırılması anlamına gəlir. Ancaq bu necə baş verir? Bu gün sizə keçmiş provaslav rahibinin fikirlərini diqqətinizə çatdırmaq istərdik.

Müxtəliv müqəddəslərin “başgicəlləndirici həvəs” barəsində fərqli deyimləri mövcutdur: İoann Zlaoust, Dorofey Qazskiy və İoann Lestviçnik. Bir çox xristian yazıçılar aksetik həyatın qaydaları haqqında xeyli əsərlər yazmışlar. Lakin, müasir rahiblərin mübarizələri hansı şəkildə təşkil olunur? Bu cür məlumatlara provaslav saytlarında rastlamaq çox çətindir. Eyni zamanda burda hər şey normadan artıq idellaşdırılmış və təfərüatsız qeyd edilmişdir.

Keçmiş rahibin sözlərinə görə kilsələrdə anlaqlı olaraq bütün fikirlər yalnız mənəvi, ruhi həyata yönəldilmişdir. Bundan savayı bir çox “sexsual fikirlərin qadağan edilməsi” ilə bağlı bir çox işlər görülür. Hər gün rahib hansısa bir işlə məşğul olur. Onun bu kimi fikirlərə sadəcə zamanı qalmır. Bu səbəbdən də, həvəsdən qorunma olduqca rahat problemə çevrilir.

Təsəvvür edin ki, siz səhər tezdən oyanırsınız, özünüzü səliqəyə salırsınız, duanızı edərək öhdəliklərinizə başlayırsınız. Səhər yeməyi yemirsiniz, naharı isə axşama doğru edirsiniz. Bir az istirahət və yenidən, axşama qədər öhdəliklərin icrası. İnternet, televizor, jurnallardan istifadə etmirsiniz, ətrafda gözəl xanımlarla rastlaşmırsınız. Bununla yanaşı daxilinizdə olan ehtiraslanmaya qarşı mübarizə. Təkliyə çəkilənlərdə isə rejim daha da ağırdır.

Əlbətdə, sadalananların öhdəsindən heç də hamı gələ bilmir.

Rahiblər qadına olan həvəsləri ilə necə mübarizə aparırlar

Sexsual həvəsi demək olar ki, üstələmək, bir dəfəlik silmək mümkün olmur. Onu sadəcə müəyyən məqama qədər sakitləşdirmək olur. Uyğun rahib tərzinə formalaşdırmaq olur.

İstifadəsi mümkün olan iki metod mümkündür. Bunlar qadınlara qarşı olan ciddi həvəsin qarşısını müəyyən qədər almış olur. Birinci metod – maksimal şəkildə fiziki baxımdan “insanlardan uzaqlaşmaq”. Xarici hislərdən çəkinərək maksimal şəkildə kilsənin adətlərinə riayət etmək və özünü fiziki işlərə vermək. Bu halda siz vizual ehtiraslanma mərkəzlərindən yan qaçırsınız, bu mövzuda ifadələri eşitməməyə çalışırsınız. Bədəninizin hissiyyat orqanlarını başqa mövzulara kökləməyə çalışırsınız – kilsə öhdəlikləri, ikonalar, mahnı oxumaq, zəng səsləri, qara geyimlər, təbiət, dini mətinlər və dualar.

Bəzən öz üzərinizdə müxtəlif eksperimentlər də keçirə bilərsiniz: otağınızın divarlarında ürək üzücü şəkillər, və ya model formaları çəkilmiş tablolar asa bilərsiniz. Sonra isə hansı hala baxdıqda daha az sexsual həvəsinizin yarandığını müəyyən edə bilərsiniz. Əgər tam olaraq insanlardan kənar bir həyat yaşamağa başlasanız, məsələn uzaqlarda tayqada falan, bu zaman asketik effekti daha çox hiss etmiş olarsınız.

İkinci metod – ümumi aksetik təcrübə. “Ağıllı bölgü”. Siz bu halda daxili mücadilənizlə ətraf mühit arasında uyğunluğa çalışırsınız. Sözü gedən metod təcrübü isixazma əsaslanır. “Ağıllı bölgü” ilə bağlı fikirlərə tam olaraq İvan Konseviçin kitablarında rastlamaq mümkündür.

Kitablarda metodun xüsusiyyətləri qeyd edilmişdir. İlk hissəsi qısa məzmun daşıyaraq özlüyündə duaları cəmləyir. Təcrübə hissənində isə həvəslənmənin ilkin vaxtlarından etibarən özünüzə qoymalı olduğunuz qaydaları anlamalı olarsınız.

Keçmiş rahibin sözlərinə görə bu həqiqətən də işlək bir prosesdir. Rahiblər həqiqətən də bu işlə məşğul olurlar. Maksimal şəkildə özlərini kənar və daxili həvəslənmə mənbələrindən saxlayaraq üzərlərində olan sexual gərginliyi azalda, aradan qaldıra bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir