Sahin Diniyev

Şahin Diniyev: “Bizim həyatımız qaraçıların həyatına bənzəyir” – MÜSAHİBƏ

Baxış sayı: 5. 438

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı Azərbaycan futbolunun ilk legioner futbolçusu kimi tarixə düşən, milli komandamızın sabiq çalışdırıcısı, hazırda isə “Kəpəz” klubunun baş məşqçisi postunu tutan Şahin Diniyevdir

 

– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə olmuşdu?

– Atam daim məni dəstəkləyirdi, amma anam yox. Həmişə həyətdə futbol oynayanda da gəlib oyundan çıxardırdı. Hətta Bakıda futbol məktəbində olanda da qardaşımı göndərmişdi ki, get gətir evə yəqin bayramda ac qalacaq. Futbol lazım deyil.

 

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

-Futbolçu olmasaydım, hərbiçi olardım. Yəqin ki, kəşfiyyatçı.

 

– Övladlarınızın futbolçu olmasında sizin rolunuz nə qədər olub?

-Elə ən böyük rol mənim olub, çünki onları uşaqlıqdan futbola yönəltmişəm.

 

-Onları futbola yönəltdiyiniz üçün sonradan peşman olmadınız?

-Yox, peşman olmamışam, çünki onlar artıq hansısa səviyyəyə çatıblar və məni sevindirirlər.

 

-Ailə quran zaman gələcək həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi?

-Məncə, yox. Axı futbolçular həmişə üzdə olurlar.

 

-Üzdə olmaq demişkən, daim gündəmdə olmağınız ailənizdə qısqanclıq yaratmır?

-Əsla yaratmır. Əksinə, bəzən şəhərdə məni tanıyanlar, görüşənlər olanda fəxr də edir (gülür – red).

Sahin karyeara-Futbol elə bir peşədir ki, adətən evdən uzaq olursunuz. Belə hallarda ən çox hansı çətinliklərlə üzləşirsiniz?

-Bizim həyatımız qaraçıların həyatına bənzəyir. Hər dəfə komandanı dəyişəndə getdiyimiz yerə adaptasiya olmaq məcburiyyətindəyik. Subay olanda yox, amma ailəli olanda böyük problem olur. Ailənçün, uşaqlarınçün darıxırsan.

 

-Əlinizdə imkan olsaydı hansı xasiyyətinizi dəyişərdiniz?

-Səbrsizlik və tələskənlik kimi xasiyyətlərimi dəyişmək istərdim.14886254_1159805710773271_1102751532_n

Bu fotolar mətbuatda ilk dəfədir ki, dərc olunur

Bu fotolar mətbuatda ilk dəfədir ki, dərc olunur

 

-Bir futbol adamı kimi ən çox hansı qərarınıza görə məyusluq hissi keçirirsiniz?

-Səhv etmişəm, amma bundan məyus olmamışam. Dinamikada olan insan səhv etməlidir. Yalnız ölülər səhv etmir. Amma etdiyim səhvlərin arxasında heç vaxt qara fikirlər durmayıb.

 

-Hansı həmkarlarınızla ailəvi münasibətləriniz var?

-Arif Əsədov, Şakir Qəribov və Xaliq Mərdanovla ailəvi dostluğumuzu qeyd edə bilərəm.

 

-Futbolçu və ya məşqçi kimi yəqin elə hadisələrlə qarşılaşmısınız ki, indinin özündə də xatırlayanda gülməyə bilmirsiniz

-Futbolçu karyeramın ilk illərindəki oyunların birinin son dəqiqələrində komandama qələbə gətirən qolu vurmuşdum. Qarşılaşmanın 89-cu dəqiqəsində hesab 2:2 olduğu anda hesabı dəyişmişdim. Sevindiyimdən bütün meydan boyu qaçdım, amma komanda yoldaşlarım məni təbrik etməyə tələsmirdi. Matçdan sonra bildim ki, oyun danışılıbmış. Həm rəqib oyunçular, həm də bizim komandanın üzvləri oyunun nəticəsinin əvvəldən razılaşdırılmasından xəbərdar imiş. Təkcə mənim heç nədən xəbərim yox idi.

Sahin DINIYEV

Sizə daha bir əhvalat danışım. İsraildə oynadığım illər idi. Samir Ələkbərov da həmin vaxt orda çıxış edirdi. Yığmanın oyununa görə Fransaya yollanmışdıq. Qarşılaşma başa çatandan sonra Parisdən Təl-Əvivə uçmalıydıq. Təyyarədən qorxduğumu Samir bilirdi. Hava gəmisi göyə qalxan kimi Ələkbərov məni qorxutmaq üçün başladı “təyyarə yerə düşür, nə edəcəyik”, “deyəsən, təkərlər açılmır”, “təyyarənin motorunun biri sönüb” kimi qorxunc, xoşagəlməz fikirlər səsləndirməyə. Mən gözləyirdim ki, bu mənə dəstək olar, ürək-dirək verər, həyəcanı boğmağa kömək edər. O isə əksinə, məni daha da qorxutmağa çalışırdı. Bilirdim ki, heç nə yoxdu, ancaq yenə də adamın ağlına min fikir gəlir. Təyyarənin komandiri “Təl-Əviv hava limanına eniş edirik” elanını verəndə bir az özümə gəldim və ürəyimdə “yaxşı Samir, gör sənin başına nə oyun açacam” fikri ilə təyyarənin enməsini gözlədim. Hava limanında sənədlərimizi yoxlayan zaman növbədə öndə olduğumdan pasportu verib onların dilində yanımızdakı polislərə qayıtdım ki, “arxamdakı adamdan heç gözüm su içmir. Təyyarədə özünü çox şübhəli aparırdı. Deyəsən, ərəb terrorçudu”. Bunu demişdim ki, asayiş keşikçiləri Ələkbərovu qol-boyun edib saxladılar. İndi Samir onların əhatəsində “Şahin, mənə kömək elə”, – deyə qışqırır, mən də kənardan baxıb gülürəm. Mən güldükcə də Samir daha möhkəm qışqırır, daha çox yalvarır: “Şahin, səhv etmişəm, yanlışlığa yol vermişəm, məni bağışla. Məni al bunların əlindən”. Özüm bilərəkdən vaxtı uzadıb onlara yaxın getmirəm. O qışqırdıqca da polislər daha çox şübhələnirlər, onu daha çox sıxırlar. Gördüm Samir əməllicə qorxub, polislərə yaxınlaşıb onun terrorçu yox, futbolçu olduğunu söylədim. Ona qədər artıq üç ildən çox idi İsraildə oynayırdım, bu üzdən dillərini yaxşı bilirdim, fikirlərimi izah etməkdə çətinlik çəkmirdim. İndi polislər bilmirlər nə etsinlər. Hiss etdim ki, artıq mənə də inanmırlar, məndən də şübhələnirlər. Gərginliyi aradan qaldırmaq üçün oynadığımız klubun adını çəkdim, özümü təqdim etdim. Aralarından biri məni tanıdı və yoldaşlarına “bunlar həqiqətən də futbolçulardı” söylədi. İmkan tapıb onlara Samirin təyyarədə mənim başıma açdığı olayı da danışdım və buna görə ondan intiqam aldığımı dedim. Polislər də mənim planıma güldülər, ancaq onu da bildirdilər ki, belə zarafat etmək olmaz.

 

Söhbətləşdi: Tural Məmmədov

sahin diniyevSahin D

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir