sevgi-ayriliq

Sevgidə uğursuzluqların GÖZLƏNİLMƏZ SƏBƏBLƏRİ

Baxış sayı: 464

Bəzi insanların sevgidə uğursuzluqlarının səbəbləri açıqlanıb. Bu barədə danışan psixoterapevt Qabriel Reyesin sözlərinə görə, sevgidə bəxti gətirməyən insanlar çox vaxt eyni tipli partnyorlar seçirlər və buna görə də təkrar-təkrar uğursuzluğa düçar olurlar.

Reyes qeyd edir ki, insan beyni nümunələr yaratmağa və onlara uyğun hərəkət etməyə meyllidir. Çünki tanış şəraitdə bu, onun üçün daha asan və rahatdır. Mütəxəssis əmindir ki, sevgi və münasibətlər sahəsi də istisna deyil, buna görə də insanlar daim eyni tipli partnyorlar seçirlər. Nəticədə sevinc və xoşbəxtlik gətirməsələr də, eyni vəziyyətlərdə olurlar:

ayriliq

“Mən insanları keçmişlərindən fərqli olan partnyorlarla görüşməyə təşviq edirəm, xüsusən də onların dəhşətli münasibəti olubsa. Bu, keçmişdəki insanların təsiri altında formalaşan fikirləri dəyişdirməyə kömək edəcəkdir”.

Psixoloq uğursuz münasibətdən sonra əvvəllər hobbilərinə və ya həyat tərzinə görə cəlbedici görünməyən əks cinsin nümayəndələrinə diqqət yetirməyi tövsiyə edir.

Onun fikrincə, qeyri-adi baxışları və fərqli təcrübələri olan bir insanın fərqli hiss etməyə, həyatınıza başqa bucaqdan baxmağa və bəlkə də özünüz haqqında yeni bir şey öyrənməyə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir