tort

Sevgililər günü tortu necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 647

“Gencaile.az” saytının vaxtaşırı instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən oxucularına  təqdim etdiyi “Şirin süfrə”  rubrikasında bütün dünyada qeyd olunan Sevgililər Gününə uyğun olaraq Sevgililər Günü tortunun hazırlanma qaydasını təqdim edəcəyik.

 

Tərkibi:

Biskvit üçün:

4 ədəd yumurta

2 qəhvə fincanı un

Yarım su stəkanı toz şəkər

Yarım çay qaşığı qabartma tozu

 

Tortun iç kremi üçün:

1 su stəkanından iki barmaq əskik süd

1-4 su stəkanı toz şəkər

4 xörək qaşığı un

1 ədəd yumurta

3 xörək qaşığı kərə yağı

1 paket vanil

 

Çiyələk likörü siropu:

1-4 su stəkanı toz şəkər

1 qəhvə fincanı su

1-3 qəhvə fincanı çiyələk likörü

 

Krem şanti:

125 qram krem

1xörək qaşığı toz şəkər

 

 

Tortun üst kremi üçün:

250 qram krem

4 xörək qaşığı toz şəkər

1 qram qırmızı qida boyası

 

Müxtəlif meyvələr:

Kivi

Banan

Çiyələk

tort

 

Hazırlanması:

Biskvit üçün lazımlı yumurtaları və toz şəkəri qabarana qədər mikserlə çırpın. Un və qabartma tozunu əlavə edin. Yağlı kağızla örtülü üç ədəd soba qabına bir sm qalınlığında olacaq şəkildə tökün. Əvvəldən isidilmiş 220 dərəcə sobada 8-10 dəqiqə bişirin. Biskvitin iç kremi üçün süd, toz şəkər, un və yumurtanı bir qabda yaxşıca çırpdıqdan sonra qazana tökün. Az odda davamlı qarışdıraraq, qaynayana qədər bişirin. Qaynamağa başladıqdan sonra qazanı odun üzərindən götürün. Kərə yağı və vanili əlavə edin. Kremin topalanmaması üçün davamlı qarışdıraraq, soyudun. Sobadan çıxardığınız biskvitləri soyuduqdan sonra ürək şəklindəki bir qəliblə kəsin (üç ədəd olmalı).

Çiyələk likörü siropu üçün, toz şəkər və suyu bir qazanda qaynadın. Çiyələk likörünü əlavə edərək, qazanı odun üzərindən götürün. Krem şanti üçün krem və toz şəkəri tündləşənə qədər çırpın.

Tortun üst kremi üçün isə krem, toz şəkər və qida boyasını tündləşənə qədər çırpın. 1 biskvitin ilk qatının üzərinə çiyələk siropundan sürtün. Daha sonra iç kremdən sürtün. Meyvələri kiçik kublar halında kəsin. Kremin üzərinə sürtün. İkinci biskvit qatını meyvələrin üzərinə qoyun. Çiyələk siropuyla islatdıqdan sonra krem sürtün. Meyvələri düzün. Üzərinə bir miqdar tort kremi sürtün. Son biskvit qatına meyvələrin üzərinə yerləşdirib, çiyələk siropuyla isladın. Soyuducuya qoyaraq, bir müddət gözlədin. Soyuducundan çıxararaq, tortun üzərini və yanlarını qırmızı rəngli krem ilə örtün. Üzərini ağ şokolad parçaları və krem ilə bəzəyin.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir