sevgi

Sevgilİsindən ayrılanlar üçün onu bir həftəyə unutmağın yolları

Baxış sayı: 99

Bu plan onu həyatından çıxarmağa və qaldığın yerdən davam etmənə yardım edəcək. Bir anda olmayacaq, amma zaman keçdikcə onun sənin üzərindəki təsirləri azalacaq. “Gencaile.az” Aile.lent.az-a istinadən sevgilisindən ayrılanlara bir həftəyə onu unutmağın yollarını təqdim edir.

I gün: Ağlamaq sərbəstdir

İlk gün həmişə çox pis keçir. Şok, qəbul etməmək və üzüntü kimi duyğular içini yeyir, qəlbini sıxır, canını acıdır. Onu 1 həftəyə unutmaq istəyirsinizsə, bu məqsədinizə çatmağın ilk şərti ayrılıqdan sonrakı ilk 24 saatı təkbaşına keçirməkdir. Bu hallarda səni qarşılıqsız dəstəkləyəcək şəxslər yalnız anan, bacın, ya da ən yaxın dostun ola bilər. Tək etməli olduğun onlardan yardım istəməyindir. 1 gün içində heç bir şey qalmasın: hər şeyi anlat, ağla, lazım gələrsə, evdə salfet qoyma, amma ürəyini tamam boşalt!

II gün: Onu içindən at

Çox üzgünsən, səni anlayırıq. Amma yenə də bir az güc topla və onun sənə aldığı hədiyyələri, fotoları toplayıb ortadan qaldır. Ancaq onları qətiyyən cırma, dağıtma! Bu gün ən sevdiyin şeyləri etməyə çalış, musiqi dinlə, kitab oxu, dostlarınla görüş, televizor izlə. Xatirələri də hafizənin ən dərin yerində saxla və onu unutduğunu xəyal et. İnan, sabah həyat sənin üçün daha asan olacaq.

III gün: Ondan uzaq dur

Onu qətiyyən axtarma. Feysbukda “online” gördüyündə tez “salam” yazma. Telefonuna mesaj göndərmə. Bil ki, o, artıq keçmişdə qalıb. Onun yerinə dostlarına yaz, ailənlə söhbətləş, internetdə başını qat. Planlarına onu da qatmaq, yenidən birgə olmağın xəyalını qurmaq sənə qəlb acısından başqa bir şey yaşatmaz. Əgər eyni iş yerində işləyirsinizsə, onunla qarşılaşdığınızda məsafəni qoru və unutma ki, dost olmaq üçün hələ hər şey çox yenidir.

IV gün: Ayrılıq dostu tapın

Bu, qız, ya oğlan ola bilər, fərq etməz! Yetər ki, ayrıldığın sevgilinə nəsə yazmaq, ya onu görmək istəyərkən səni əngəlləyə bilsin. Hər şeyi ona anlat. Və onun anlatdıqlarını da dinlə. Sənin yaxşılığını düşündüyünü və sənə dəstək olmaq üçün yanında olduğunu qətiyyən unutma.

V gün: Haqqından gəlmək zamanı

Geriyə qəzəbin qaldığı günlər başladı. Sənə yaşatdıqlarından sonra ona qəzəbli olmağın normal haldır. Gücünü yavaş-yavaş toplamağa başladığına görə hərəkətə keçə bilərsən. Evə yapışıb qalma! Dostlarınla əlaqəni kəsmə! Özünü zəif, kimsəsiz, tərk edilmiş hiss etmə! Əksinə, onu önəmsəmədiyini və yaşadıqlarınızın gözəl bir xatirə olaraq artıq keçmişdə qaldığını ona hiss etdir. Dostlarınla gülüb əyləndiyində səni görərək nələr itirdiyini görsün.

VI gün: Yeni və dopdolu bir həyat qur

Dostuna zəng vur. Rəqsə, ya da iş sonrası hansısa kursa üzv ol. Zamanının çoxunu yalnız keçirmək yerinə, sosial fəaliyyətlərə qatıl.

VII gün:  Bu gündən etibarən artıq özünü daha yaxşı hiss etmiş olmalısan. Unutma,  bunun kimi hələ çox 7 günlər keçəcək və “onu unuda bilməyəcəm”, – deyən sən bir də görəcəksən ki, yenidən aşiq olmusan.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir