stress

Stress atadan oğula genetik yolla ötürülə bilərmi? – ARAŞDIRMA

Baxış sayı: 1. 534
İsveçrəli alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, stress atadan oğula genetik yolla ötürülür. 
Zurih Universitetində çalışan professor İzabella Mansuy və qrupu bu qənaətə gəlmək üçün siçanlar üzərində araşdırma aparıblar. Onlar yeni doğulmuş siçanları uzun müddət analarından uzaqda saxlayaraq onların əsəbi olmasına şərait yaradıblar. Stress altında saxlanılan siçanlardan törəyən yeni nəsil dünyaya gəldikləri zaman onların da əsəbi olduqları məlum olub. Hətta üçüncü nəsildə də stress izlərinə rast gəlmək mümkün olub.
Alimlərə görə, travmaya məruz qalan siçanlar genetik yolla öz hisslərini balalarına ötürür. Onların fikrincə, bu göstərici insanlar üçün də eynidir. Atalar çox əsəbi olduqları zaman oğullarda da əsəbilik hiss edilir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir