yemeye ne var

Sulu toyuq kotletləri belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 330

Belə bir fikir var ki, toyuq kotletləri bir az quru olur. Buna görə də bir çox insan bu yeməyi bəyənmir. Ancaq bu səhv fikirdir. Çünki bu kotletlərin bişirilmə formasından asılıdır. Kotletləri bir az qızardıb sonra pörtlədin. Həmçinin, onları sobada pendir və pomidorla bişirmək daha məsləhətlidir. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında sulu toyuq kotletlərinin hazırlanmasından bəhs edəcəyik.

 

Lazım olan ərzaqlar: 

Çəkilmiş toyuq əti – 300 q;

Pendir (sərt) – 50 q;

Xama (10% yağ) – 50 q;

Pomidor – 150 q;

Zövqə uyğun duz, ədviyyat və göyərti.

sulu toyuq

Necə bişirilir?

1. Çəkilmiş ət hazırlayın və ya mağazada satın alınan məhsullardan istifadə edin. Dadının daha yaxşı olması üçün ona duz və ədviyyat əlavə edin.

2. Kotletləri düzəldin, onları bir qaba qoyun və xama ilə yağlayın.

3. Pomidorları dilimlərə kəsin və kotletlərin üstünə qoyun.

4. Xəmiri əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyun və 35 dəqiqə bişirin.

5. Bu zaman pendiri sürtgəcdən keçirin, kotletləri çıxarın və üzərinə pendir səpin, sonra 10 dəqiqə sobaya saxlayın. Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir