Zunrud H.

Partnyorunuzla birlikdə nə zaman psixoloqa müraciət etməlisiniz?

Baxış sayı: 326

Münasibətdə müəyyən zamanda cütlüklərin bir-birini anlamadığını və bir-birilərindən uzaqlaşdıqlarını hiss edə bilərlər. Belə olduqda cütlük terapiyasına gedərək bunları sağlam şəkildə həll edə bilərsiniz.

 

1) Əgər iç səsiniz münasibətinizin yolunda getmədiyini söyləyirsə

Münasibətinizdə nələrinsə yolunda getmədiyini hiss edirsinizsə, o zaman içinizdə səslərə güvənin. Dərin nəfəs alın və zehninizi münasibətinizə yönəldin. Belə olduqda problemi aydın sezə biləcəksiniz.

 

2) Eyni problemi müzakirə edib, lakin həll yolu tapa bilmirsinizsə

Bir-birinizə qarşı daha çox qəzəblənirsinizsə. Sonu olmayan davalarınız səbəbiylə anlaşılmaq istəsənizdə yalnız olduğunuzu hiss edirsiniz. Həmin problemdə anlayış, qəbul və sevgi nöqtəsində birləşməlisiniz.  Əgər bunu bacara bilmirsinizsə, cütlük terapiyasına getməlisiniz.

 

3) Sizi narahat edən mövzuları danışmaqdan qaçırsınızsa

Partnyorunuzu narahat edən şeyləri əsla gündəmə gətirməyərək onu xoşbəxt etməyə çalışa bilərsiniz. Ancaq bu tip davranışlar yəni, çox zaman problemləri görməzdən gəlindikdə nəticədə araya məsafə və qopuqluğa səbəb ola bilər

 

 

Zümrüd Haqverdiyeva

“Peşəkar Psixoloqlar İctimai Birliyi”nin psixoloqu