atilla xan

Toy gecəsi öz qanında boğulan imperator: DAHİLƏRİN QƏRİBƏ ÖLÜM HEKAYƏLƏRİ – FOTOLAR

Baxış sayı: 185

Ölüm şübhəsiz ki, hər canlının başına gələcək bir hadisədir. Heç kim necə və nə vaxt öləcəyini bilmir. Lakin elə dahi insanlar var ki, onların ölümləri belə hər kəsi dəhşətə gətirir. Tarixdə böyük iz qoyan lakin qəribə şəkildə dünyasını dəyişən 7 dahinin ölümünü sizə təqdim edirik.

Hun İmperatoru Atilla

Tarixin ən qəddar hökümdarlarından biri Atilla Monqolustandan başlayaraq Rusiya sərhədlərinə qədər bütün Asiya qitəsini fəth edən imperatordur. Atillanın ölüm səbəbi çox maraqlıdır. Bu nəhəng imperator bəsit bir burun qanaxmasından dünyasını dəyişib. Belə ki, Atilla İldiko adlı gənc bir xanımla ailə həyatı qurub. Döyüşlərdə qəddarlığına görə ad çıxarmasına baxmayaraq böyük ziyafətlər zamanı çox az içki içən imperator toyu günü həddən artıq yeyib-içdiyi üçün dayanmaq bilməyən burun qanaxmasından toy gecəsi dünyasını dəyişib. Hər kəs onu sərxoş olub yatdığını zənn edərək əhəmiyyət verməyib. Səhərə yaxın isə imperator öz qanında boğularaq dünyasını dəyişib. Dunay çayının istiqaməti dəyişdirilərək çayın altında dəfn edilən imperatoru dəfn edənlərin öldürüldüyü rəvayət edilir.

ca. 1880, India --- Death Of Atilla, King Of The Huns. --- Image by © Bettmann/CORBIS

Tixo Brahe

16-əsrin ən məşhur astronomlarından biri olan danimarkalı alim Brahe İsak Nyutonun yeri cazibə qüvvəsi haqqında teoremi isbat etməsində vasitəçi olub. Onun da ölümü çox qəribə ölümlər sırasındadır. Belə ki, məşhur alim sidik kisəsinin partlamasından dünyasını dəyişib. O zamanlar yemək bitmədən ziyafət masasından qalxmaq mədəniyyətsizlik hesab edilirdi. Brahe də həddən artıq içki içməsi ilə məşhur imiş. Bir gün ziyafətlərdən birinə sidik kisəsi dolu halda gələn astronom süfrədən qalxmayıb və sidik kisəsi partlayıb. 11 gün ağrı içində yatan alim sonda həyatını itirib.

1723_pt1_2

Horace Vells

1840-cı ildə keyləşdirici dərmanların kəşfində mühim rol oynayan alimin ölümü də elə bu dərmanlarla olub. Belə ki, keyləşdirici dərmanların araşdırılması zamanı müxtəlif qazlarla təcrübələr apararkən Vells xloroform aludəçisinə çevrilir. 1848-ci ildə 2 qadının üzərinə sulfat turşusu atmaqda ittiham olunaraq həbs edilir. Həbsxanada yazdığı bir mktubda etdiyi əməllərdə günahın özündə yox, hücum etməzdən əvvəl qəbul etdiyi xloroformda olduğunu yazan alim dörd gün sonra kamerasında ölü halda tapılıb. O, özünü xloroformla keyləşdirib qasığını kəsərək intihar edib.

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

Frensis Bekon

16-cı yüzilliyin ən təsirli insanlarından olan filosof və alimlərindən biri olub. Frenisis Şekspirin əsərlərindən bəzilərini yazdığı iddiaları ilə tanınır. Frensis Bekon bir toyuğun içini qarla doldurarkən donaraq ölüb. 1625-ci ildə günortadan sonra Bekon pəncərədən qar fırtınası izləyərkən qəflətən ağlına qarın duz kimi ətləri qoruya biləcəyini sınamaq gəlir. Bunu isbat etmək üçün yaxınlıqdakı bir kənddən toyuq alıb öldürür və daha sonra çölə çıxıb toyuğu qarla doldurmağa başlayır. Toyuqla bərabər alim də donaraq dünyasını dəyişir.

1723_pt1_4

Cerome İrving Rodale

O, orqanik qida hərəkatının qurucusu, “orqanik məhsul və bağça” jurnalının sahibidir. Televiziya proqramında orqanik qidaların faydalarıdan danışarkən dünyasını dəyişib. 1971-ci ildə qonaq olduğu bir verilişdə alim “şəkər yeyərək özündən çıxan bir taksi sürücüsü məni vurmasa 100 yaşına qədər yaşayacağam” deyərkən bir anda infarkt keçirərək ölüb.

1723_pt1_5

Esxil

Esxil (e.ə. 525-456) ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olub. Yazar bir qartalın daşıdığı tısbağanın başına düşməsi nəicəsində dünyasını dəyişib.

1723_pt1_6

Cim Fixx

O, “Qaçışın kitabı” adlı best seller kitabın yazarıdır. Bu kitabdan sonra 1970-ci ildə “jogging”(Rahat addımlarla qaçış idmanı) modası başlayıb. Ölüm səbəbi isə “jogging” əsnasında infarkt keçirməsi olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir