komputer

Uşaq anadan olmamış ona “Instagram” profili açan valideynlər

Baxış sayı: 464

Zaman keçir və vaxt hər şeyi dəyişir. Müasirləşdikcə hər şeyin ancaq yaxşıya doğru dəyişdiyini deyə bilmirik, təəssüf. Bir sıra ictimai və vizual olaraq gördüyümüz dəyişikliklərlə yanaşı, sonradan nəzər yetirdiyimiz hadisələrlə də rastlaşırıq.

Azərbaycanda sosial şəbəkələrə xüsusi marağın olduğu məlumdur. Texnologiya əsrində onların gücündən istifadə etməmək, demək olar ki, mümkün deyil. Onun faydalarından heç cür yararlana bilməyəcək azyaşlılar da bunu istifadə edir.

Kitab oxumaq əvəzinə “Instagram”da kimlərinsə həyat tərzini izləyən məktəblilər və bunu etmələri üçün onlara smartfonlar hədiyyə edən valideynlər. Bu gedişlə, gələcək nəsil kağız kitab, real əyləncə nədir, bilməyəcək.

Söhbətləri ancaq sosial şəbəkələr olan uşaqlar real oynanılan oyunlardan da xəbərsizdirlər. “Gizlənqaç”ları da, “qaçdı-tutdu”ları da “Instagram”dır. Orada onların yaşına uyğun heç bir məlumat olmadığı dəqiqdir. Bu fikir bütün sosial şəbəkələrə aid deyil. “Youtube” azyaşlıların da faydalanacağı platformadır. Televiziyalarımızdan fərqli olaraq, uşaqlar burada daha çox düşünülüb.

usaq- komputer

Amma “Instagram”, “Facebook” örnək almalı olmadığımız insanlarla doludur. İzləyici kütləsi geniş olan o şəxslərdən uşaqlar nə öyrənir, nə əldə edir?

Uşaqlar axı hələ heç yerdə oxumayıblar ki, xalq mənasız, sadəcə gülməli, qınanılan, eyni zamanda, “əyləncəli” insanları izləyir, amma bu, düzgün deyil.

Gələcəyin nə cür olacağını düşünmək bu gün qorxuludur. Hələ uşaqları anadan olmamış onlara “Instagram” profili açan valideynləri demirəm…

Psixoloq Validə Abbasova sosial şəbəkələrin uşaqlarda yaratdığı asılılıqdan danışarkən aşağıdakıları dedi:

“Bu asılılıq aqressiyaya gətirib çıxarır. Ancaq 13 yaşdan yuxarı uşaqlar gün ərzində bir saatı keçməməklə sosial şəbəkələri düzgün formada işlətsələr daha qəbulolunandır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir